• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.1° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Ukrayna müxtəlif modifikasiyalı dron istehsalına görə dünya liderləri sırasındadır - Politoloq 

30 Mart, 26 / 15:59
A A

Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kiyevin dronları yox idi. Ukrayna ona lazım olan dronları müharibənin ilk ilində Türkiyədən alırdı.

Politoloq Elxan Şahinoğlu Zefer.media-ya açıqlamasında deyib ki, müharibə artıq beşinci ilinə keçib və Ukrayna müxtəlif modifikasiyalı dron istehsalına görə dünya liderləri sırasındadır:

“Bundan başqa Ukrayna Rusiya dronları ilə mübarizədə böyük təcrübə qazanıb. Məhz buna görə İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri Ukraynanın bu təcrübəsindən faydalanmağa qərar veriblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin Körfəz ölkələrinin hər birinə səfəri uğurlu olub. Körfəz ölkələri Ukraynadan İranın pilotsuz uçuş aparatları ilə mübarizə qabiliyyətinə malik dronlar alacaqlar”.

Elxan Şahinoğlu əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya da Ukrayna ilə dron istehsalı sahəsində əməkdaşlıq etməyə qərar verib:

“ABŞ və İsrailin İrana qarşı müharibəsi göstərir ki, bahalı hava müdafiə sistemləri böyük maliyyə xərci tələb etməyən dronlara qarşı mübarizədə tam effektiv deyillər. Ona görə Yaponiya Körfəz ölkələri kimi həm dron istehsalı, həm də dronlarla mübarizə texnolgiyası sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək. Ukrayna bununla həm etibarlı tərəfdaşlar, həm də Rusiya ilə mübarizədə dron istehsalını genişləndirmək üçün maliyyə əldə edəcək.

Ümumiyyətlə Yaxın Şərqdəki müharibələr, o cümlədən Asiya bölgəsində Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiya hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul olunan sülhpərvər Konstitusiyanı dəyişdirməyə vadar edəcək. Hazırki Konstitusiya Yaponiyaya hərbi xərcləri artırmağı və modern hərbi texnika istehsalını qadağan edir. Ancaq dünya dəyişib və vaxtilə Tokioya sülhpərvər Konstitusiyanı qəbul etdirən Vaşinqtonun özü Tokioya hərbi qüdrətini artırmağı məsələhət bilir.

Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv əlaqələrin tərəfdarı olsa da, iki ölkə arasındakı gərginliyin artmasından narahatdır. Birincisi, Tokio Çinin Tayvan adasını nəzarətə götürmək istəyinin Yaponiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı qənaətindədir. İkincisi, Çinin Yaponiya sahillərinə yaxın adalara iddialı olması, o cümlədən Çinin Rusiya ilə birgə adalar ətrafında artan hərbi təlimləri Tokionu adekvat addımlara məcbur edir.

Bu arada, Sanae Takaiçi xarici kəşfiyyata şəxsən nəzarət etmək qərarına gəlib. Bu addım İranla müharibənin ön cəbhəsindən gələn böyük məlumat axını ilə əlaqədardır. Buna görə də, iki qurumun – Kəşfiyyat Katibliyinin və Milli Kəşfiyyat Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Birincisi müxtəlif qurumlar arasında məlumatların yayılmasını əlaqələndirəcək, ikincisi isə yalnız yaxın gələcək üçün deyil, həm də orta və uzunmüddətli perspektiv üçün strategiya hazırlayacaq. Qanun layihəsinin bu ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılır. Əsas məqsəd effektiv işə mane olan idarələrarası maneələri aradan qaldırmaqdır. Əvvəllər baş nazir xarici siyasət və daxili təhlükəsizlik cəbhələrində fəaliyyətə birbaşa nəzarət edirdi. İndi isə kabinet rəhbəri həm də xarici kəşfiyyata cavabdeh olacaq”.

 

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

İran Livandakı vəziyyətə görə ABŞ ilə müqavilənin imzalanmasını təxirə saldı

İyun 15, 2026
Dünya

“İranda ilin əvvəlindən bəri onlarla şəxs edam edilib”

İyun 15, 2026
Manşet

Soyuq müharibədən daha təhlükəli dövr - Türkiyə od çənbərindən necə qorunur?

İyun 15, 2026
Manşet

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

İyun 15, 2026
Siyasət

Türkiyə lideri Azərbaycanı təbrik edib

İyun 15, 2026
Siyasət

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

İyun 15, 2026

XƏBƏR LENTİ

Sabah Məhərrəm ayı başlayır

15 İyun, 26 / 16:44

Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik edib

15 İyun, 26 / 16:43

İran Livandakı vəziyyətə görə ABŞ ilə müqavilənin imzalanmasını təxirə saldı

15 İyun, 26 / 16:38

“İranda ilin əvvəlindən bəri onlarla şəxs edam edilib”

15 İyun, 26 / 16:34

Soyuq müharibədən daha təhlükəli dövr - Türkiyə od çənbərindən necə qorunur?

15 İyun, 26 / 16:30

Moldovada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 İyun, 26 / 16:24

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 İyun, 26 / 14:48

Kanoeçimiz ikinci qızıl medalını qazanıb

15 İyun, 26 / 14:44

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38

Türkiyə lideri Azərbaycanı təbrik edib

15 İyun, 26 / 14:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.