Bu gün İran prezidenti Məsud Pezeşkian və Pakistanın baş naziri Şahbaz Şərif bir saatdan çox davam edən telefon danışığı aparıblar.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Şərif İran prezidentinə Pakistanın dialoqu təşviq etmək və münaqişənin gərginliyini azaltmaq üçün ABŞ və Körfəz ölkələri ilə davam edən diplomatik səyləri barədə məlumat verib.
O, İsrailin İrana hücumlarını pislədiyini bir daha təkrarlayıb və İran xalqı ilə həmrəyliyini bildirib.
Zərintac Mayisqızı

















