Dünya

Hörmüz boğazı bağlandı

27 Mart 2026, 16:552
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İslam İnqilabının Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarından sonra Hörmüz boğazından keçməyə çalışan üç konteyner gəmisi boğazı tərk edib.

Zefer.media xəbər verir ki, bu haqda SEPAH-ın bəyanatında deyilib.

Bəyanatda qeyd olunub: “Bu səhər ABŞ-nin azğınlaşmış prezidentinin Hörmüz boğazının açıq olması ilə bağlı yalan iddialarına cavab olaraq, fərqli bayraqlar altında üzən üç konteyner gəmisi səlahiyyətli gəmilər üçün nəzərdə tutulmuş dəhlizdən keçməyə çalışıb, ancaq SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarından sonra dəhlizi tərk edib”.

SEPAH ABŞ, İsrail və ya İrana qarşı təcavüzü dəstəkləyən digər ölkələrlə əlaqəli istənilən gəminin sözügedən boğazdan keçidinin qəti qadağan olduğunu bir daha təsdiqləyir.

 

Zərintac Mayisqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600