Bu gün ABŞ prezidenti Donald Tramp İranın enerji obyektlərinə qarşı hücumlarla bağlı yeni qərar açıqlayıb.
Zefer.media xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social” platformasında paylaşım edərək bildirib.
İran hökumətinin xahişi nəzərə alınaraq bu obyektlərə zərbələr 10 gün müddətinə dayandırılır.
Trampın sözlərinə görə, qərar 6 aprel 2026-cı il, saat 20:00-a qədər qüvvədə olacaq. O qeyd edib ki, tərəflər arasında danışıqlar davam edir və proses “çox yaxşı” irəliləyir.
Ağ Ev rəhbəri həmçinin bəzi media orqanlarının yayımladığı məlumatları tənqid edərək, onların danışıqların gedişi ilə bağlı yanlış təsəvvür yaratdığını bildirib.

















