İran ABŞ-İsrailin 28 fevraldan bəri etdikləri hücumlarda ölənlərin sayının 1937-yə çatdığını açıqlayıb.
Zefer.media xəbər verir ki, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Cəfəriyan beynəlxalq mətbuata açıqlamasında bildirib.
Caferiyan ABŞ-İsrail hücumlarında 212 uşaq və 240 qadın da daxil olmaqla 1937 nəfərin həyatını itirdiyini söyləyib.
Nazir müavini vurğulayıb ki, hücumlar nəticəsində təxminən 4000 qadın və 1621 uşaq da daxil olmaqla 24800-dən çox iranlı yaralanıb.
Zərintac Mayisqızı

















