• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Böyük Zəfərin Qəhrəmanları”: Milli kimliyimizin, müstəqilliyimizin və Vətən sevgisinin təbliğində mühüm kataloq…

10 Fevral, 26 / 17:11
A A

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunan “Böyük Zəfərin Qəhrəmanları” adlı kataloqu Azərbaycan xalqının 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi baxımından olduqca mühüm elmi-mədəni hadisədir. Muzeyin Vətən Müharibəsi fondunun kolleksiyası əsasında hazırlanmış bu nəşr Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın həyat və döyüş yolunu gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Kataloq muzeyin elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru, dosent Fərhad Cabbarovun ümumi redaktorluğu ilə ərsəyə gəlib.

Tərtibçilər muzeyin Vətən Müharibəsi fondunun əməkdaşları Şəfa Mövsümov, Gülnar Fərhadova, Pərvanə Əzimova və Mehriban Seyidzadə bu məsuliyyətli işi böyük peşəkarlıqla həyata keçiriblər. Kataloq 2025-ci ildə Bakıda “Aspoliqraf” nəşriyyatında çap olunub və 240 səhifədən ibarətdir. Kataloqda muzeyin Vətən Müharibəsi fondunda qorunan 2020-ci il 44 günlük Vətən Müharibəsi şəhidləri və qazilərinə məxsus materiallar yer alıb. Adı çəkilən nəşrdə 269 zabit və əsgərin, tibb işçisinin 2783 materialı təqdim olunub.

Kataloqda təqdim olunan materiallar sırasında qardaşım Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Vüsal İslam oğlu Vəliyevin (15 iyul 1988, Şərur – 9 noyabr 2020, Şuşa) həyat və döyüş yolu xüsusi yer tutur. Onun Murovdağ–Kəlbəcər istiqamətində və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq, şəhidlik zirvəsinə ucalması və ölümündən sonra layiq görüldüyü “Azərbaycan Bayrağı” ordeni, eləcə də “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları kataloqda sənədlər və fotoşəkillər əsasında əks etdirilib.

Bu nəşr təkcə tarixi faktların toplusu deyil, eyni zamanda xalqımızın yaddaşı, şəhidlərimizin ölməzliyinin elmi-bədii salnaməsidir. “Böyük Zəfərin Qəhrəmanları” kataloqu milli kimliyimizin, müstəqilliyimizin və Vətən sevgisinin təbliğində mühüm rol oynayır.

Bu dəyərli nəşrin ərsəyə gəlməsində əməyi olan Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə, Elmi Şurasının üzvlərinə, redaksiya heyətinə, tərtibçilərə və bütün yaradıcı kollektivə şəhid ailələri adından dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq tariximizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən bu işlər hər cür təqdirəlayiqdir.

Böyük Zəfərin qəhrəmanları xalqımızın qürur mənbəyidir. Şəhidlərimizin ruhları şad olsun.

Bənzər Xəbərlər

Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi başlayır  

İyul 24, 2026
Cəmiyyət

Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödənilir

İyul 23, 2026
Cəmiyyət

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

İyul 23, 2026
Cəmiyyət

FHN Sumqayıt Regional Mərkəzi Xızıda müşavirə keçirdi

İyul 23, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.