• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.8° Weather Ashburn
$
1.7
€
1.9069
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

95 nömrəli tam orta məktəbdə qalmaqal - Şikayət 

25 Sentyabr, 26 / 8:14
A A

“95 nömrəli tam orta məktəbdə yaranmış ciddi problemlə bağlı sizdən kömək istəyirik.

Artıq 1 həftədir 5-ci sinifdə oxuyan uşaqlar dərsə getmirlər. Məktəbin ayaq yollarında çox pis qoxu və ciddi sanitar problem var”.

Bu şikayəti bir qrup valideyn Zefer.media saytına bildirib.

“Qoxu siniflərə də yayılır və uşaqlar sinifdə normal şəkildə otura bilmirlər.

Valideynlər olaraq sözügedən məsələ ilə bağlı məktəb direktoruna müraciət etmişik. Direktor isə bizə “usta tapın, remont etdirin” söyləyib.

Biz valideynlər olaraq soruşuruq: dövlət məktəbində sanitar qovşağın təmiri və uşaqlar üçün normal, sağlam şəraitin yaradılması niyə valideynlərin üzərinə düşməlidir?

Ən əsası, artıq 1 həftədir 5-ci sinif şagirdləri dərsə getmir, amma bununla maraqlanan yoxdur ki, uşaqlar niyə dərsə gəlmirlər və problem nədir.

Xahiş edirik, məsələ hərtərəfli işıqlandırılsın, problem aradan qalxsın”, – deyə onlar vurğulayıb.

Məsələni aydınlaşdırmaq üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinə sorğu ünvanladıq.

Bizə bildirildi ki 2026-2027-ci tədris ilinə hazırlıq çərçivəsində tətil müddətində məktəb binasında və sanitar qovşaqlarda zəruri cari təmir və bərpa işləri həyata keçirilib:

“Sanitar qovşaqlar tam işlək vəziyyətə gətirilib, antiseptik və gigiyenik normativlərə cavab verən şərait təmin olunub. Hazırda məkanda antisanitar vəziyyət müşahidə edilmir, kəskin qoxu riski mövcud deyil.

Təhsil müəssisəsinin cari saxlanılması və təmir işləri müvafiq dövlət qurumları tərəfindən planlı şəkildə həyata keçirilir. Bu baxımdan məktəb rəhbərliyi ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

Sözügedən sinif otağı keçən tədris ilində də istifadədə olub, həmin otaqda 11-ci sinif şagirdləri tədris prosesini uğurla başa vurublar. Otaq dezinfeksiya olunub, havalandırma və işıqlanma dərəcəsi fiziki-gigiyenik standartlara tam cavab verir.

Təhsil müəssisəsində hər bir şagirdin təhsildən yayınmaması üçün mütəmadi monitorinqlər aparır. Məktəb rəhbərliyi tərəfindən şagirdlərin davamiyyəti diqqətdə saxlanılır və valideynlərlə maarifləndirici söhbətlər aparılır.

İnanırıq ki, bütün valideynlər məktəbdaxili qaydalara hörmətlə yanaşacaq və effektiv tədris mühitinin davam etdirilməsinə dəstəklərini əsirgəməyəcəklər”.

Valideynlərin verdiyi son məlumata görə isə məktəbin tapdığı üsul isə ayaq yolunu bağlamaqdır.

Müdriklər “təkcə ölümə çarə yoxdur” deyirlər.

Lakin görürük ki, bir məktəb sanitar qovşağı bərpa etməkdə aciz qalıb, valideynlərin üstünə atır…

Bənzər Xəbərlər

Gündəm

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

Oktyabr 6, 2026
Gündəm

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Oktyabr 6, 2026
Gündəm

Asiya İnkişaf Bankı Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar ayırıb

Oktyabr 6, 2026
Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur təşkil edib

Oktyabr 6, 2026
Gündəm

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Oktyabr 6, 2026
Gündəm

Oktyabr 6, 2026

XƏBƏR LENTİ

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

06 Oktyabr, 26 / 22:15

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

06 Oktyabr, 26 / 20:42

Avropa Komissiyası Aİ ölkələrinin veto hüququndan məhrum edilməsini təklif edib

06 Oktyabr, 26 / 20:33

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr, 26 / 20:30

Ermənistan Gümrüdəki bazanın gələcək taleyinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır - Rusiya XİN rəsmisi

06 Oktyabr, 26 / 20:25

Pakistan 30-40 min hərbçi göndərilməsi xəbərini təkzib edib

06 Oktyabr, 26 / 20:22

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr, 26 / 20:21

Soçi sahillərində gəmidə yanğın baş verib

06 Oktyabr, 26 / 20:18

Türk dövlətləri kosmos sahəsində səylərini birləşdirir

06 Oktyabr, 26 / 20:11

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

06 Oktyabr, 26 / 20:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.