Dünya

Musiqi tənqidçisi Sergey Sosedov vəfat edib – 58 yaşında

24 Sentyabr 2026, 09:5612
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyalı musiqi tənqidçisi və teleaparıcı Sergey Sosedov 58 yaşında vəfat edib.

Zefer.media xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. Sosedovun ölümünü teleaparıcı Vadim Takmenyov açıqlayıb. Hadisə onun Yakutiyanın Nerünqri şəhərində qastrol səfərində olduğu vaxt baş verib. Sosedov oteldə pilləkəndən yıxılaraq başından xəsarət alıb və xəstəxanaya yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Sosedov Nerünqridə “Uzaq Şərqin incisi – 2026” müsabiqəsinin münsiflər heyətində yer almalı idi.

Ölümün səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. “Mash” yaxınlarının sözlərinə əsasən, yıxılmaya trombun səbəb ola biləcəyini yazıb. Lakin bu versiya rəsmi olaraq təsdiqlənməyib. Digər mənbələr isə hadisəni bədbəxt hadisə kimi təqdim edir.

Sosedov “Qələm köpəkbalıqları”, “X-Factor” və “Superstar!” layihələrində münsif kimi tanınıb, həmçinin NTV-də “Za qranıyu” proqramını aparıb.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600