Dünya

Paşinyan: Ermənistan-Rusiya münasibətləri dəyişəcək – “Sülh şəraitində yeni mərhələ başlayır”

24 Sentyabr 2026, 10:0113
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əldə olunmasından sonra Rusiya ilə münasibətlərin yeni mərhələyə keçəcəyini bildirib.

Zefer.media xəbər verir ki, bu barədə Paşinyan “İzvestiya”ya müsahibəsində danışıb. O qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri uzun müddət əsasən təhlükəsizlik məsələləri üzərində qurulub.

Paşinyanın sözlərinə görə, Azərbaycanla sülhün olmadığı dövrdə ikitərəfli münasibətlərin təxminən 90 faizi təhlükəsizlik məsələlərinə yönəlib.

“İndi, sülh şəraitində Rusiya ilə münasibətlərdə transformasiya baş verəcək”, – deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan sentyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də regionda vəziyyətin dəyişdiyini və Ermənistan-Rusiya münasibətlərinə yeni yanaşmanın lazım olduğunu söyləmişdi.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600