• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.4° Weather Columbus
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

31 Avqust, 26 / 12:47
A A

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

Zefer.media xəbər verir ki, bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib:

“İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib.

Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”.

Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib:

“Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır.

İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”.

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.