Axşam saatlarından indiyədək Rusiya Ukraynaya reaktiv dronlar, dolaşan döyüş sursatları və ballistik raketlər də daxil olmaqla, müxtəlif hücum vasitələri ilə yüzdən çox zərbə endirib.
Zefer.media xarici KİV-lərə əsasən bildirir ki, Volodimir Zelenskinin sözlərinə görə, bu vasitələrin əhəmiyyətli bir hissəsini vurmaq mümkün olub.
Lakin təəssüf ki, hamısını zərərsizləşdirmək mümkün olmayıb.
Xüsusilə Kiyevə ballistik raketlərlə olduqca alçaqcasına zərbə endirilib – 5 raket mülki infrastruktura aid obyektlərə düşüb.
“Təəssüf ki, tərəfdaşlarımız bu zərbə barədə əvvəlcədən xəbərdarlıq etməmişdilər”, – deyə Ukrayna prezidenti vurğulayıb. Halbuki Rusiyanın ballistik raketləri buraxması barədə kəşfiyyat məlumatları insanların həyatını xilas etməyə kömək edir.
Zelenski ayrıca qeyd edib ki, Trampın energetika sahəsində atəşkəs elan etməsindən sonrakı iki gün ərzində Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyib. Rusiya isə dinc sakinləri bombalamağa davam edir.
Lalə Qurbanlı




