Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın enerji obyektlərinə endirdiyi zərbədən sonra Ukrayna hava hücumundan müdafiə qüvvələrinin fəaliyyətini tənqid edib.
Zefer.media xəbər verir ki, Zekenski bu barədə bəyanatı özünün Teleqram kanalında yayıb.
“Mobil yanğınsöndürmə qruplarının işi ilə bağlı kifayət qədər ciddi müzakirələr aparılıb və yaxın günlərdə regional liderlər, Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Nazirliyi müəyyən regionlar üçün ümumi müdafiə sistemində mobil atəş dəstəsi komponentinin əlavə gücləndirilməsini təmin etməlidir”, – Zelenski yazıb.
O, əlavə edib ki, ukraynalı diplomatlar həmçinin hava hücumundan müdafiə paketləri və enerji dayanıqlılığı üzrə tərəfdaşlarla işi sürətləndirməlidirlər.
Yeganə
















