30 iyun gecəsi Ukrayna dronları Moskva vilayətindəki Dubna kosmik rabitə mərkəzinə yenidən zərbələr endirib.
Zefer.media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat verib.
“Bu, xüsusilə Ukraynadakı Rusiya işğalçı kontingentinin kəşfiyyatı və fəaliyyətinin əlaqələndirilməsi üçün istifadə olunan xüsusi peyk rabitə qurğusudur”, – deyə Ukrayna dövlət başçısı bildirib.
Ukraynanın dövlət sərhədindən bu qurğuya qədər olan məsafə 500 kilometrdən çoxdur.
Zelenski xatırladıb ki, Ukrayna Müdafiə Qüvvələri daha əvvəl Rusiyanın dörd oxşar rabitə mərkəzinə çatıb. Zərbələr təkcə Moskva vilayətində deyil, həm də Rusiya Federasiyasının Vladimir vilayətində həyata keçirilib.
Onun sözlərinə görə, hazırda qarşı tərəfin digər oxşar hədəflərinə qarşı müvafiq tədbirlər hazırlanır.
Zərintac Mayisqızı

















