Xarici xəbərlər

Zelenski Trampdan 300 “Patriot” raketi istəyib

29 İyul 2026, 16:2011
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün təcili “qış paketi” çərçivəsində raketlərin verilməsini xahiş etdiyini söyləyib.

Zefer.media xəbər verir ki, Zelenski bu barədə “Axios” veb-saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna qış mövsümü başlamazdan əvvəl hava hücumundan müdafiə sistemləri üçün 300 raket ehtiyatı formalaşdırmağı planlaşdırır.

O, qeyd edib ki, Ukraynanın “Patriot” sistemləri üçün raket ehtiyatı, demək olar ki, tükənib və bu raketlər olmadan ölkə ballistik raket hücumlarından effektiv müdafiə oluna bilmir.

Prezident vurğulayıb ki, məhz bu səbəbdən Ukrayna son vaxtlar Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbələrinin qarşısını tam şəkildə ala bilməyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600