Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin müharibə başa çatdıqdan altı ay sonra keçirilməsini istəyir.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Zelenski NBC telekanalına müsahibəsində bu müddət ərzində seçkilərin keçirilməsi üçün zəruri qanunların qəbul edilməsinin və müvafiq infrastrukturun hazırlanmasının mümkün olacağını bildirib.




