Xarici xəbərlər

Zelenski: Rusiyanın zərbələri nəticəsində onlarla insan öldü və yaralandı

7 Oktyabr 2026, 16:323
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və PUA hücumları nəticəsində ölkənin bir sıra şəhərlərində ölən və yaralananların olduğunu açıqlayıb.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasının dağıdılması nəticəsində 5 nəfər ölüb, 26 nəfər, o cümlədən 5 uşaq yaralanıb. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Zelenski bildirib ki, Dneprdə daha 5 çoxmərtəbəli bina, Kremençukda isə 4 yaşayış binası zədələnib. Bu hücumlar nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Zaporojyedə çoxmərtəbəli bina PUA hücumu nəticəsində zədələnib. Kiyevdə 2, Aleksandriyada isə daha 2 nəfərin öldüyü açıqlanıb.

Ukrayna Prezidenti hücumların əsas hədəflərindən birinin enerji infrastrukturu olduğunu bildirib. Onun sözlərinə görə, hücum zamanı ümumilikdə 70 raket, o cümlədən ballistik raketlər və “Şahid” PUA-larından istifadə edilib. Zelenski Rusiyanın ballistik raketlərinin Ukrayna üçün əsas problemlərdən biri olaraq qaldığını və hava hücumundan müdafiə sistemlərinə ehtiyacın artdığını qeyd edib.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600