Xarici xəbərlər

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələri 100 gün dayandırmağa hazırdır

16 Oktyabr 2026, 20:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları 100 gün müddətinə dayandırmağa razı olduğu bildirilir.

Zefer.media “The Wall Street Journal”a istinadən xəbər verir ki, ötən həftə Kiyevə səfər edən respublikaçı senatorlar Rocer Uiker və Kevin Kramer Zelenskiyə razılaşma təklif ediblər. Təklifə əsasən, Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmalı, bunun müqabilində “Starlink” sisteminin tam fəaliyyəti bərpa olunmalı və Rusiya raket buraxılış məntəqələri barədə məlumatlara çıxış təmin edilməlidir.

Nəşrin müəllifləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs perspektivlərini bərpa etmək istəyirsə, respublikaçı senatorların təklifini dəstəkləməlidir.

Məqalədə Ukraynada “Starlink” sisteminin işinin zəiflədilməsinin Kiyevi Rusiya qarşısında güzəştə getməyə məcbur etmək cəhdi ola biləcəyindən narahatlıq ifadə olunur.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600