Xarici xəbərlər

Zelenski: “Rusiya ABŞ-yə bu qədər açıq hörmətsizlik etməmişdi”

14 Oktyabr 2026, 12:350
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya gecə saatlarında Ukraynanın enerji və kritik infrastrukturuna raket və PUA-larla kütləvi zərbələr endirib. Kiyevdə hücumlar nəticəsində 3 nəfər ölüb, şəhərin bir hissəsi işıqsız qalıb.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücum zamanı 39 ballistik raket və 120-dən çox zərbə PUA-sından istifadə etdiyini bildirib. Zərbələrin Kiyevi, Kiyev vilayətini və Xarkovu hədəf aldığı qeyd olunub.

Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp daha əvvəl enerji sektorunda atəşkəs elan etsə də, Moskva bu istiqamətdə qəsdən hücum həyata keçirib. O, Rusiyanın ABŞ prezidentinin bəyanatlarını ciddi qəbul etmədiyini düşünür.

Ukrayna lideri hücumu Vaşinqtona açıq hörmətsizlik kimi qiymətləndirib. Məlumata görə, hücum zamanı təxminən 25 “Sirkon” raketindən istifadə olunub.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600