Xarici xəbərlər

Zelenski Putinlə görüşməyə hazır olduğunu bildirib

9 Aprel 2026, 11:231
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə potensial görüşün nə Ukraynada, nə də Rusiyada baş tuta bilməyəcəyini bildirib.

Zefer.media xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə o, İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə danışıb.

“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma görüşə biləcəyimiz bir çox yer var – Yaxın Şərqdə, Avropada, ABŞ-də”, – deyə Zelenski vurğulayıb.

O həmçinin qeyd edib ki, ABŞ-nin iştirakı ilə danışıqlar prosesi davam edir, lakin amerikalı diplomatlar Yaxın Şərqdəki hadisələrə diqqət yetirirlər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600