Dünya

Zelenski: “İranla yeni cəbhənin açılmasının qarşısı alınmalıdır”

27 İyul 2026, 12:221
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna prezidenti Volodimir Zelenski Xəzər dənizində İran gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə əlaqədar Tehranın mümkün cavab tədbirlərinə münasibət bildirib.

Zefer.media xəbər verir ki, o, “Sky News” telekanalına müsahibə verib.

Zelenski bildirib ki, müharibədə yeni cəbhənin açılmasının qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir. Bununla yanaşı o vurğulayıb ki, İran və Şimali Koreya artıq faktiki olaraq bu müharibənin iştirakçılarıdır.

Ukrayna lideri qeyd edib ki, müharibənin ilk ilindən etibarən İran Rusiyaya “Shahed” pilotsuz uçuş aparatları, daha sonra isə onların istehsalı üçün lisenziyalar verib. Onun sözlərinə görə, bu dronlardan Ukraynaya qarşı hücumlarda istifadə olunub.

O, İranın hücumlarını genişləndirməyəcəyinə ümid etdiyini bildirib, lakin əlavə edib: “Hər şeyə hazır olmalıyıq”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600