Ukrayna Prezidenti Volodimir Zelenski Qara dənizdə Çin ticarət gəmisinə Rusiyanın hücumuna reaksiya verib.
Zefer.media xəbər verir ki, bu barədə onun “Telegram”dakı açıqlamasına istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya dünən gecə Dnepr və bölgəyə 6 saatdan çox hücumlar həyata keçirib. Raket zərbəsi çoxmərtəbəli binaya ziyan vurub və digər mülki infrastruktur obyektlərinə də ciddi ziyan dəyib. Bölgədəki enerji sektoru və yaşayış binaları hücuma məruz qalıb.
“Odessada dron hücumları baş verdi və dronlardan biri Çinə məxsus gəmiyə dəydi. Ruslar dənizdə hansı gəminin olduğundan mümkün deyil ki, xəbərdar olmasınlar“, – deyə Ukrayna dövlət başçısı deyib.
Zelenski qeyd edib ki, ümumilikdə Ukraynanın səkkiz bölgəsində dağıntılar qeydə alınıb. Hazırda ölkə daxilində, o cümlədən uşaqlar da daxil olmaqla, onlarla qurban məlumdur.
Prezident Rusiyanın mülki əhalini vurmaq üçün ballistik raketlərdən istifadə etməyə davam etdiyini söyləyib.
O bir daha Ukraynanın hava hücumundan müdafiəsinin təcili olaraq gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Zərintac Mayisqızı

















