Dünya

Zelenski “Azov”un qurucusuna “Ukrayna Qəhrəmanı” adı verdi

25 Avqust 2026, 13:482
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti “Azov” alayının qurucusu, Quru Qoşunlarının 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andriy Biletskiyə “Ukrayna Qəhrəmanı” adı verib.

Zefer.media xəbər verir ki, Andriy Biletski 2014-cü ildə könüllülərdən formalaşdırılmış əfsanəvi “Azov”un qurucusudur. “Azov” batalyonu daha sonra alaya çevrilib və bunda gürcü komandirlər Baxva Çikobava və Giorgi Kuparaşvilinin böyük əməyi olub. 2022-ci ildə Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra “Azov” Mariupolu müdafiə edib, alayın döyüşçüləri 86 gün “Azovstal” zavodunda mövqe tutublar.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Biletski Kiyev bölgəsində “Azov” batalyonunun keçmiş veteranlarından ibarət könüllü qüvvələr formalaşdırıb və Ukrayna Quru Qoşunlarına qoşulub. 2023-cü ilin yanvarında könüllü “Azov” bölmələri 3-cü Əlahiddə Hücum Briqadasına çevrilib. 2025-ci ildə Biletskiyə 3-cü Ordu Korpusunda briqada generalı rütbəsi verilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600