Zaporojye bölgəsindəki Energodar şəhəri Ukrayna Silahlı Qüvvələrinin artilleriya atəşinə tutması nəticəsində elektrik enerjisi kəsilib.
Zefer.media xəbər verir, bu barədə şəhərin meri Maksim Puxov deyib.
“Energodara daha bir artilleriya zərbəsi endirilib. Elektrik kəsilib. Elektrik avadanlıqlarına dəyən ziyanın təbiəti müəyyən edilir”, – o bildirib.
Xatırladaq ki, martın 29-da Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində şəhər elektrik enerjisini itirib, daha sonra elektrik enerjisi bərpa olunub.
Zərintac Mayisqızı

















