• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.5° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Zəfərin ilk addımı - Aprel döyüşləri 

02 Aprel, 26 / 9:00
A A

Bəzən tarixdə elə hadisələr olur ki, onun əsl miqyası illər keçdikdən sonra tam aydınlaşır. 2016-cı ilin baharında cəbhə xəttində yaşananlar sadəcə bir neçə gün davam edən atışma deyil, Azərbaycanın hərbi doktrinasının köklü şəkildə dəyişdiyinin dünyaya bəyanı idi. Bu gün biz həmin günlərin ordumuzun psixoloji baryerləri necə aşmasına və hərbi intizamın döyüş meydanında necə mütləq gücə çevrilməsinə təsirindən danışacağıq.

Bu barədə Zefer.media – ya açıqlama verən Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov Aprel döyüşlərinin ordumuzda yaratdığı yeni döyüş fəlsəfəsini və qazanılan hərbi üstünlüyün əhəmiyyətini belə ifadə etdi:

” 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun, xüsusilə də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) uzun illər ərzində formalaşdırdığı döyüş potensialının ilk genişmiqyaslı real sınağı oldu. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu artıq yalnız müdafiə olunan tərəf deyil, təşəbbüsü ələ almağa və düşmənin dərinliyində əməliyyat aparmağa qadir peşəkar gücə çevrilib.

Aprel döyüşlərində XTQ-nin fəaliyyəti klassik cəbhə döyüşlərindən fərqli olaraq daha çox hibrid və çevik əməliyyat modelinə əsaslanırdı. Bölmələr yalnız ön xətdə deyil, eyni zamanda düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərərək müdafiə xəttinin strukturunu pozur, komanda-idarəetmə sisteminə zərbə vurur və əsas qüvvələrin irəliləyişini təmin edirdi. Xüsusilə Talış istiqamətində yüksəkliklərin və düşmənin bir neçə döyüş postunun azad olunması əməliyyatın taktiki baxımdan dönüş nöqtələrindən biri oldu. Yüksəkliklərin ələ keçirilməsi yalnız ərazi üstünlüyü deyil, müşahidə və atəş nəzarətinin əldə olunması demək idi ki, bu da sonrakı mərhələlərdə əməliyyatın uğuruna birbaşa təsir göstərdi.

Aprel döyüşlərindən əvvəlki təcrübə bu uğurun əsasını formalaşdırdı.

Aprel döyüşlərində əldə olunan nəticələr spontan deyil, sistemli hazırlığın nəticəsi idi. Ondan əvvəlki dövrdə XTQ bölmələri düşmənin təxribat və diversiya cəhdlərinin qarşısını almaq məqsədilə mütəmadi olaraq ön xətdə və düşmən arxasında xüsusi əməliyyatlar həyata keçirirdi. Bu əməliyyatlar iki mühüm nəticə verdi:

Birincisi – şəxsi heyət real döyüş şəraitinə maksimum uyğunlaşdı, qeyri-müəyyənlik şəraitində qərarvermə qabiliyyəti formalaşdı.

İkincisi – düşmən üzərində psixoloji təzyiq yarandı. XTQ artıq Aprel döyüşlərindən əvvəl belə düşmən üçün görünməyən, amma hiss olunan təhlükəyə çevrilmişdi”.

Mayor, həmin vaxtı bəzi taktiki amillərin həlledici təsir göstərdiyini bildirib : “Döyüşlərin gedişində bir neçə taktiki xüsusiyyətlər fərqləndirici rol oynadı.

Aprel döyüşlərində Azərbaycan Ordusu, xüsusilə XTQ bir neçə əsas taktiki üstünlük nümayiş etdirdi:

• sürətli manevr və ani zərbə prinsipi;

• kiçik qruplarla yüksək effektivlik;

• gecə əməliyyatlarının intensiv istifadəsi;

• düşmənin müdafiə sistemində zəif nöqtələrin dəqiq müəyyən olunması.

Düşmən tanklar və ağır texnika ilə üzərimizə əks həmlə etsə də, bu, əməliyyatın tempini dayandıra bilmədi. Çünki döyüşün taleyini texnika yox, iradə və hazırlıq həll edirdi. Ən kritik anlarda belə biz geri çəkilmədik. Vətən Müharibəsində Şuşa şəhərinə daxil olduqdan sonra da biz bu səhnələri yaşadıq, düşmən üzərimizə tanklarla əks həmlə etdi. Ama bir addım da geri çəkilmədik. Hətta silahı olmayan süngü ilə, süngüsü olmayan isə yalın əlləri ilə düşmənin üzərinə atıldı. Bu, artıq taktika yox, döyüş ruhunun ən yüksək forması idi.

Bu döyüşlərdə iştirak edən komandir və qəhrəmanlar xalqımızın yaddaşında əbədi yaşayacaq !

Aprel döyüşləri Azərbaycan hərb tarixində qəhrəmanlıq salnaməsi kimi yadda qaldı. Bu döyüşlərdə Tərtər-Ağdərə istiqamətində Talış kənd yüksəklikləri uğrunda XTQ-nin Hərbi hissə komandiri, Milli Qəhrəman şəhid polkovnik-leytenant Murad Mirzəyev, qərargah rəisi, Milli Qəhrəman şəhid mayor Samid İmanov, şəhid polkovnik Vüqar Yusifov, polkovnik-leytenant Raquf Orucov, tabor komandiri kapitan Mühüd Orucov, baş leytenant Elnur İsgəndərov, leytenant Elvin Namazov, Milli Qəhrəman baş gizir Pəncəli Teymurov, kiçik gizir Elmdan Səfərov, gizir Qarayev Dilsus, miçman Ağayev Rusif, gizir Cəfərov Mirsalam, gizir Abidov Babək, gizir Baxışov Seymur, kiçik gizir Bayramov Sərxan, kiçik gizir Novruzov Ravil, kiçik gizir Qasımov Teymur, Cəbrayıl-Füzuli cəbhəsində isə Milli Qəhrəman şəhid polkovnik Şükür Həmidov simasında Lələtəpə fatehləri və adını çəkə bilmədiyimiz onlarla qəhrəman, peşəkar hərbiçilərimiz, qorxmaz döyüşçülərimiz misilsiz igidlik, yüksək liderlik və vətənpərvərlik nümunəsi göstərdilər. Onların şücaəti nəticəsində Talış istiqamətində yüksəkliklər və düşmən postları, cəbhənin cənubunda isə Lələtəpə kimi strateji mövqelər azad edildi.

Aprel döyüşləri bir neçə mühüm strateji nəticə verdi:

• düşmənin “keçilməz” hesab etdiyi müdafiə xəttinin yarılması;

• Azərbaycan Ordusunun hücum potensialının nümayişi;

• düşmən üzərində ciddi psixoloji sarsıntının yaradılması;

• lokal uğurun gələcək genişmiqyaslı əməliyyatlara transformasiyası.

XTQ-nin əvvəlki döyüş tapşırıqlarında yaratdığı xof Aprel döyüşlərində artıq açıq sarsıdıcı zərbəyə çevrildi. Düşmən gözləmədiyi bir anda həm taktiki, həm də mənəvi baxımdan zərbə aldı.

Aprel döyüşləri Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı idi. Bu, sadəcə bir ifadə deyil, hərbi reallıqdır. 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatları başlayanda ilk mərminin partlayışı belə bir hiss yaradırdı ki, sanki Aprel döyüşləri dünən başa çatıb. Hər şey qaldığı yerdən davam edirdi.

Düşmən bu müddətdə müəyyən nəticələr çıxararaq “Ohanyan səddi” adlandırılan müdafiə xəttini daha da möhkəmləndirmişdi. Lakin əsas amili – Azərbaycan əsgərinin inkişaf edən döyüş təcrübəsini və ruhunu düzgün qiymətləndirməmişdi.

Biz isə Apreldə qazandığımız təcrübəni dayanmadıq – ilin bütün fəsillərində, ən çətin relyef və hava şəraitində daha da inkişaf etdirdik. Nəticədə 2020-ci ildə artıq daha hazırlıqlı, daha qətiyyətli və daha güclü idik”.

Zaur Hüseynov müsahibəsini bu günümüzlə səsləşən mühüm bir qeydlə yekunlaşdırıb:” Sonda nə demək istəyirəm ki, bu gün biz Aprel döyüşlərini yalnız bir hərbi əməliyyat kimi deyil, Zəfərə gedən yolun başlanğıcı kimi xatırlayırıq. Həmin döyüşlərdə şəhid olan, yaralanan, döyüşən bütün silahdaşlarımızın xatirəsi bizim üçün əziz və müqəddəsdir. Bu gün Şuşaya, Zəngilana, Kəlbəcərə gedərkən Aprel döyüşlərində azad edilmiş ərazilərdən keçirik və bir daha anlayırıq ki, həmin günlərdə yazılan tarix təkcə bir döyüşün deyil, bütöv bir Zəfərin təməlini qoydu.

Aprel döyüşləri göstərdi ki, Azərbaycan əsgəri qarşıya qoyulan məqsədə çatmaq üçün istənilən çətinliyi dəf etməyə qadirdir – və bu ruh bizi Zəfərə apardı”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026
Manşet

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

Aprel 30, 2026
Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

Aprel 29, 2026
Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026
Manşet

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Aprel 29, 2026
Manşet

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

Aprel 29, 2026

XƏBƏR LENTİ

Trampın paylaşımı müzakirə yaratdı: “Hörmüz = Tramp boğazı”

30 Aprel, 26 / 13:15

“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir”

30 Aprel, 26 / 13:12

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

30 Aprel, 26 / 8:21

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

29 Aprel, 26 / 20:18

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

29 Aprel, 26 / 18:30

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

29 Aprel, 26 / 18:28

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

29 Aprel, 26 / 18:27

Ərəb ölkələri HƏMAS-ın tərksilah planını hazırlayır

29 Aprel, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.