• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Ashburn
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00
A A

30 aprel ərəfəsində diqqət təkcə tarixə yox, həmin tarixi yazan qəhrəmanlara yönəlir. Xüsusi Təyinatlı Qüvvələr bu mənada sadəcə hərbi birlik deyil, iradə, səbr və peşəkarlığın sərhədlərini aşan bir məktəbdir. 1999-cu ildən başlayan o yol zamanla formalaşaraq yalnız güclü fiziki hazırlıq deyil, eyni zamanda soyuqqanlı qərarvermə və psixoloji dayanıqlılıq tələb edən bir sistemə çevrildi. Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı onların fəaliyyəti göstərdi ki, bəzən savaşın taleyini say yox, hazırlıq və strategiya müəyyənləşdirir. 

Bu materialımızda məqsəd yalnız faktları sadalamaq deyil, həm də bu gücün arxasında dayanan insan iradəsini və keçilən yolu daha yaxından anlamaqdır.

XTQ-nin sınaqlardan keçərək möhkəmlənən tarixi barədə fikirlərini Zefer.media ilə bölüşən Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi Seymur Aslanov 90-cı illərin sonlarında bu hərbi bölmənin yaradılmasının Azərbaycanın təhlükəsizlik tələbləri və müasir döyüş şərtlərinə uyğun çevik qüvvələrə olan ehtiyacdan irəli gəldiyini bildirib:

“Xüsusi Təyinatlı Qüvvələrin 1999-cu ildə yaradılması ilk növbədə Azərbaycanın qarşılaşdığı təhlükəsizlik çağırışlarından və müasir döyüş konsepsiyalarına uyğun çevik hərbi birləşmələrə ehtiyacdan irəli gəlirdi. 1990-cı illərin sonlarında regionda baş verən proseslər (1-ci Qarabağ müharibəsi) göstərirdi ki, klassik ordu modeli ilə yanaşı, xüsusi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirə bilən qüvvələrin formalaşdırılması strateji zərurətdir. Bu baxımdan XTQ həm diversiya əleyhinə fəaliyyət, həm kəşfiyyat, həm də mürəkkəb döyüş tapşırıqlarının icrası üçün yaradılmışdı.

Həmin dövrdə XTQ-nin formalaşdırılmasında Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi, peşəkar hərbçilər,1 -ci Qarabağ müharibəsi iştirakçıları və xüsusi hazırlıq keçmiş zabitlərin mühüm rolu olub. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri ilə hərbi əməkdaşlıq XTQ-nin ilkin hazırlıq sisteminin qurulmasına ciddi töhfə verdi. Xüsusilə təlim modeli, taktiki yanaşmalar və xüsusi əməliyyat konsepsiyaları bu əməkdaşlıq çərçivəsində inkişaf etdirildi.

XTQ-nin inkişaf mərhələsində bir sıra əsas dəyişikliklər baş verdi. İlk mərhələdə əsas diqqət şəxsi heyətin seçiminə və fiziki-psixoloji hazırlığa yönəlmişdisə, sonrakı dövrdə texnoloji imkanların artırılması, pilotsuz uçuş aparatları ilə koordinasiyalı fəaliyyət, gecə əməliyyatları və dağlıq ərazilərdə döyüş bacarıqları daha da təkmilləşdirildi. Bununla yanaşı, beynəlxalq təlimlərdə iştirak XTQ-nin peşəkarlıq səviyyəsinin yüksəlməsinə təsir göstərdi”.

Müharibə iştirakçısı, 44 günlük Vətən müharibəsi dönəmində də XTQ-nin böyük rol oynadığını bildirib:

“İkinci Qarabağ müharibəsi zamanı XTQ xüsusi əhəmiyyət daşıyan istiqamətlərdə əsas rol oynayan qüvvələrdən biri idi. Xüsusilə mürəkkəb relyef şəraitində strateji yüksəkliklərin və vacib mövqelərin ələ keçirilməsi, düşmənin müdafiə xəttinin yarılması və xüsusi əməliyyatların həyata keçirilməsində XTQ-nin fəaliyyəti həlledici təsir göstərdi. Şuşa əməliyyatı XTQ-nin peşəkarlığının və hazırlıq səviyyəsinin ən mühüm nümunələrindən biri kimi tarixə düşdü.

Texnologiya və müasir hərbi yanaşmalar XTQ-nin fəaliyyətinə ciddi təsir edir. Müasir dövrdə informasiya üstünlüyü, pilotsuz sistemlər, rəqəmsal rabitə vasitələri və yüksək dəqiqlikli koordinasiya xüsusi təyinatlı əməliyyatların effektivliyini artırır. Bu səbəbdən XTQ artıq təkcə fiziki hazırlıqla deyil, həm də texnoloji idarəetmə və real vaxt rejimində qərarvermə bacarıqları ilə seçilən qüvvəyə çevrilib”.

Sonda S. Aslanov əlavə edib ki, irəlidə Xüsusi Təyinatlı Qüvvələr-in inkişaf istiqamətləri daha çox texnoloji əsaslı müharibə strategiyalarına uyğun şəkildə təşəkkül tapacaq :

“Gələcəkdə XTQ-nin inkişaf istiqamətləri daha çox texnologiya əsaslı müharibə konsepsiyalarına uyğun formalaşacaq. Süni intellekt dəstəyi, pilotsuz sistemlərlə inteqrasiya, kiber təhlükəsizlik elementləri və xüsusi əməliyyatların daha çevik idarə olunması əsas prioritetlərdən biri olacaq. Bununla yanaşı, şəxsi heyətin peşəkar hazırlığının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və müasir döyüş təcrübəsinin davamlı şəkildə tətbiqi XTQ-nin gücünü daha da artıracaq”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib

Sentyabr 10, 2026
Gündəm

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabr 10, 2026
Siyasət

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

Sentyabr 10, 2026
Manşet

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

Sentyabr 10, 2026
Siyasət

Prezidentdən fərman

Sentyabr 10, 2026
Gündəm

Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr – ŞƏRH

Sentyabr 9, 2026

XƏBƏR LENTİ

2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq

11 Sentyabr, 26 / 16:28

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

11 Sentyabr, 26 / 16:26

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

11 Sentyabr, 26 / 16:24

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

11 Sentyabr, 26 / 16:18

Rusiya və Çin İran sanksiyalarının bərpasına qarşı çıxdı

11 Sentyabr, 26 / 16:16

“İran və Körfəz ölkələri Hörmüz boğazı üzrə sazişi müzakirə edəcək” 

11 Sentyabr, 26 / 16:13

Pezeşkian: “ABŞ ilə müharibənin davam etdirilməsinin tərəfdarı deyiləm”

11 Sentyabr, 26 / 16:11

Maşın yararsız hala düşsə də, özü yüngül yaralandı

11 Sentyabr, 26 / 14:56

Paşinyan Rusiya qazını ucuz hesab etmir

11 Sentyabr, 26 / 13:53

Paşinyan və Özbəkistan prezidenti regionda kommunikasiyaların açılmasını müzakirə ediblər

11 Sentyabr, 26 / 13:28

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.