• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Yunanıstan geri çəkildi: İrana qarşı dəstək azalır

18 Mart, 26 / 14:56
A A

Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis bildirib ki, ölkə Hörmüz boğazı ətrafında mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək və İranla hər hansı münaqişəyə qoşulmaq niyyətində deyil. Onun sözlərinə görə, Afina yalnız Avropa Birliyi çərçivəsində Qırmızı dənizdə həyata keçirilən “Aspides” missiyasında iştirak edir və bu missiya yalnız gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlib, həm də coğrafi baxımdan Hörmüz boğazını əhatə etmir. Eyni zamanda qeyd olunur ki, Donald Trump tərəfindən irəli sürülən beynəlxalq dəniz koalisiyası təşəbbüsünə bəzi ölkələr, o cümlədən Yunanıstan qoşulmaqdan imtina edib.

Mövzu ilə bağlı “Zəfər.media”ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Donald Trump-ın çağırışlarına bu cür reaksiya təkcə Yunanıstan üçün xarakterik deyil:

“Əslində, əvvəlcədən də gözlənilirdi ki, onun İran üzərinə genişmiqyaslı dəniz qüvvələri göndərmək təşəbbüsü uğursuz ola bilər.Çünki birbaşa İranın mümkün zərbələrinə məruz qala biləcək Körfəz ərəb ölkələri belə açıq müharibəyə girmək istəmirlər. Bu halda uzaq Avropa və NATO ölkələrinin bu çağırışa qoşularaq İranla birbaşa müharibəyə başlaması real görünmür. Artıq müşahidə olunur ki, Trumpın İrana qarşı dəniz hərbi koalisiyası yaratmaq cəhdi uğursuzluğa doğru gedir.NATO-nun bəzi üzvləri bu müharibədə iştirakdan imtina edir. İtaliya çoxmillətli qüvvələrdəki hərbi kontingentini İraqdan çıxarır. İspaniya öz hərbi bazalarından İrana qarşı istifadə olunmasına icazə vermir. Yunanıstan isə Hörmüz boğazı istiqamətinə hərbi gəmi göndərməkdən imtina edib.Ümumilikdə, Avropa ölkələrinin əksəriyyəti İranla birbaşa qarşıdurmaya tələsmir. Hətta Keir Starmer də Hörmüzdə mümkün qarşıdurmanın NATO missiyası olmadığını açıq şəkildə bildirib.Hazırda Avropa ölkələri İranla münasibətlərdə əsasən “Aspides” adlı missiya çərçivəsində fəaliyyət göstərməyə üstünlük verirlər. Bu, Avropa Birliyinin Qırmızı dənizdə həyata keçirdiyi dəniz əməliyyatıdır və əsas məqsədi Husi hərəkatı tərəfindən Avropa gəmilərinə yönəlmiş hücumların qarşısını almaqdır.Eyni zamanda, bu missiyanın Hörmüz boğazına qədər genişləndirilməsi təklifləri də qəbul edilməyib. Avropa ölkələri qitədən kənar hərbi fəaliyyətlərini hələlik yalnız Qırmızı dənizlə məhdudlaşdırmaq niyyətindədirlər.Bütün bunlar göstərir ki, Trumpın İrana qarşı daha geniş hərbi əməliyyat planları ciddi maneələrlə üzləşir. Hətta belə bir ssenari də mümkündür ki,ABŞ bu bölgədə tək qala bilər. Çünki indiki şəraitdə Avropa və NATO ölkələri bu qarşıdurmanı öz müharibələri kimi deyil, daha çox ABŞ ilə İran arasında bir münaqişə kimi qiymətləndirirlər.Bu vəziyyət isə Trumpın hərbi siyasətinin gələcəyi baxımından müsbət perspektiv vəd etmir. Mövcud reaksiyalar onu deməyə əsas verir ki, bölgədə qüvvələr nisbəti ABŞ-nin ziyanına dəyişə bilər. Yunanıstanın qərarı da Amerikanın bölgədə təklənmək ehtimalının getdikcə artdığını göstərən mühüm siqnallardan biridir”.

Qəmər Kazımzadə

 

Bənzər Xəbərlər

Gündəm

Qubadlıya həyat qayıdır

Oktyabr 24, 2026
Gündəm

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

Oktyabr 23, 2026
Gündəm

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

Oktyabr 23, 2026
Gündəm

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

Oktyabr 22, 2026
Gündəm

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Oktyabr 22, 2026
Gündəm

“Azərbaycan-Qırğızıstan müttəfiqlik müqaviləsi türk dünyasının tarixi uğurudur”

Oktyabr 22, 2026

XƏBƏR LENTİ

Ramiz Mehdiyev “Tovuz Baltiya”nı “Yelo Bank” burulğanına belə salıb – məkrli ssenari necə işləyib?

24 Oktyabr, 26 / 18:39

Qubadlıya həyat qayıdır

24 Oktyabr, 26 / 9:42
Different or choice of t-shirts on hangers hang in a row.

Azərbaycanda ixrac və daxili daşıma dəstəyi ilə bağlı YENİ QƏRAR

23 Oktyabr, 26 / 19:06

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

23 Oktyabr, 26 / 18:47

Qazaxda TIR yanıb

23 Oktyabr, 26 / 18:37

Dörd rayonda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

23 Oktyabr, 26 / 18:34

Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

23 Oktyabr, 26 / 18:28

Polşanın Baş naziri Tusk Hindistanın milli geyimində foto paylaşıb

23 Oktyabr, 26 / 18:19

Rusiya Ukraynanın istilik elektrik stansiyalarından birinə kütləvi zərbə endirib

23 Oktyabr, 26 / 18:07

Əraqçi Makronun İranın nüvə proqramı ilə bağlı bəyanatlarında ziddiyyətlərə diqqət çəkib

23 Oktyabr, 26 / 17:37

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.