ABŞ Prezidenti Donald Tramp Omanla bağlı sərt açıqlama verib.
Zefer.media xəbər verir ki, Tramp bu barədə jurnalistlərin bu ölkəyə münasibəti barədə sualını cavablandırarkən danışıb.
“Düşünmürəm ki, onlar özlərini yaxşı apardılar, amma onlarla çox asanlıqla məşğul ola bilərik”, – deyə ABŞ Prezidenti qeyd edib.
Ağ Ev rəhbəri onu da əlavə edib ki, əgər Oman İranla münaqişə çərçivəsində Hörmüz boğazında ABŞ-nin fəaliyyətinə mane olarsa, Vaşinqton həmin ölkəyə zərbələr endirəcək. Tramp sözügedən bəyanatı ABŞ və İran arasındakı atəşkəs razılaşmasının müddətinin başa çatması ərəfəsində verib.
Qeyd edək ki, ötən həftə İran Hörmüz boğazının fəaliyyətinin bərpa edilməsi ilə bağlı Omanla danışıqlar apardığını bildirib.
Zərintac Mayisqızı

















