• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Yeni qanun necə işləyəcək? – Deputat yaş nəzarəti mexanizmini izah etdi

05 İyul, 26 / 9:41
A A

Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı yeni qanun cəmiyyətdə geniş müzakirə olunur. Məqsəd azyaşlıları zərərli məzmundan və rəqəmsal risklərdən qorumaq olsa da, qanunun praktikada necə tətbiq ediləcəyi, yaş məhdudiyyətinə nəzarətin hansı mexanizmlərlə həyata keçiriləcəyi və bu sahədə dünya təcrübəsinin Azərbaycanda nə dərəcədə effektiv ola biləcəyi diqqət mərkəzindədir.

Dünya təcrübəsində uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyətlər necə tətbiq olunur? Azərbaycanda qəbul edilən yeni qanun praktikada necə işləyəcək, yaşa nəzarət hansı mexanizmlərlə təmin ediləcək və bu qaydaların effektiv icrası üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan deputat Cavanşir Feyziyev deyib ki, ölkəmizdə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin qoyulması bizim üçün yeni hal olsa da, bu təcrübə dünyada çoxdan mövcuddur:

“Ona görə də bu məsələdə hər hansı qeyri-müəyyənlik olduğunu düşünmürəm. Bir qayda olaraq sosial şəbəkə hesablarının açılması və ümumiyyətlə internet üzərindən təklif olunan çoxsaylı xidmətlərdən istifadə mütləq şəkildə istifadəçiyə aid ən azı yaş, ünvan və sair ilkin məlumatların toplanmasından, yəni orada qoyulmuş suallar cavablandırıldıqdan sonra aktivləşir. Əgər bütün məlumatlar doğru şəkildə daxil edilibsə, uşaq artıq əsasən müdafiə olunmuş hesab oluna bilər. Çünki istifadəyə təklif olunan şəbəkə məhsullarının özündə öncədən yaşa görə məhdudiyyət nəzərdə tutulur. Buna baxmayaraq qlobal şəbəkələrdə yaş məhdudiyyətini nəzərdə tutmayan və ya məqsədli şəkildə azyaşlı uşaqlara ünvanlanan zərərli kontentlər də ola bilər və var”.

Deputatın fikrincə, valideynlərin və müəllimlərin öhdəsinə düşən vəzifə uşaqları məhz bu kimi təhlükəli kontentlərdən qorumaqdır:

“Bunun üçün qlobal şəbəkənin özü tərəfindən təklif olunan digər mexanizmlər də var. Məsələn, valideyn azyaşlı övladının nə zaman internetə daxil olması, orada nə qədər müddət ərzində qalması, hansı saytlara giriş tələb etməsi və daxil olması barədə bütün məlumatları real vaxt rejimində və ya valideynin özü tərəfindən müəyyən edilmiş mütəmadi vaxt intervalında özünün şəbəkə hesabına ala bilər. Mövcud vəziyyəti daha da sadələşdirməyə çalışsaq belə deyə bilərik: qlobal şəbəkə bizdən asılı olmayaraq mövcuddur və o yaşından asılı olmayaraq dünyanın bütün sakinləri üçün cazibədar virtual reallıq yaradır”.

C.Feyziyev bildirib ki, virtual aləmdə real dünyada olduğu kimi faydalı və zərərli kontentlər var:

“Real dünyada uşaqları zərərli kontentlərdən qorumaq istiqamətində bəşəriyyətin on min illərlə ölçülən təcrübəsi var. Buna baxmayaraq, insan cəmiyyətinin hər bir tarixi inkişaf dövrünün öz fəsadları mövcuddur. Heç bir tarixi dövrdə nə uşaqlar, nə də böyüklər bu fəsadlardan tam şəkildə qoruna bilib”.

Cavanşir Feyziyev deyib ki, virtual dünyanın isə cəmi 50 yaşı var:

“İnternetin tətbiqinə başlanıldığından sonrakı ilk 50 ildə formalaşan bu günkü virtual dünyanın da öz fəsadları var. Lakin bu sahədə ortaya çıxan və ya çıxa biləcək fəsadların önlənməsi və ya aradan qaldırılması da daha çox virtual reallığın özü kimi alqoritmlərə əsaslanır. Bu alqoritmlərin təkmilləşdirilməsi istənilən istifadəçini, o cümlədən uşaqları getdikcə daha etibarlı şəkildə qoruya biləcək. İnanıram ki, süni intellektin inkişaf etdirilməsi də bu istiqamətdə bu gün rastlaşdığımız problemlərin həllində vacib rol oynayacaq. Amma belə texniki alətlərin mövcudluğu da kifayət deyil. Çünki internet onun suallarına istifadəçi uşaq tərəfindən daxil edilən cavablarda göstərilən məlumatların doğruluğuna inanır və müvafiq şəkildə davranır. İnsan isə yalan da danışa bilir. Deməli, bu dilemmanın həllində yenə də insan həlledici rol oynayır. Problemin ən yaxşı və düzgün həll yolunu valideyn-uşaq-məktəb üçbucağında səmimi kommunikasiyanın təmin olunmasında axtarmaq lazımdır. Texniki alətlərdən istifadə etməklə uşaqların onlara faydalı olmayan kontentlərə girişinin qarşısını almaqla bərabər həm də valideyn və müəllim niyə bunun edildiyini, uşaqları nədən qorumağa çalışdıqlarını onların özlərinə izah etməlidirlər. Bu məqsədlə valideynlərin və müəllimlərin özlərinin də mütəxəssislər tərəfindən müvafiq seminarlar vasitəsilə maarifləndirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bunun da bir çox ölkələrdə geniş yayılmış təcrübəsi mövcuddur”.

Bənzər Xəbərlər

Banner

Blogerlər Şuşa Forumuna niyə dəvət olunub

İyul 14, 2026
Banner

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu”ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

İyul 13, 2026
Banner

QHT.az 11 yaşında

İyul 11, 2026
Banner

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

İyul 10, 2026
Cəmiyyət

“İki sahil” – 35 yaşında

İyul 10, 2026
Cəmiyyət

Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti tədbiri keçirilib

İyul 1, 2026

XƏBƏR LENTİ

Bu ödənişlər nağdsız olacaq

14 İyul, 26 / 18:50

Şəhid polkovnik İlqar Mirzəyevin anım günüdür

14 İyul, 26 / 18:34

Baş nazir qərar imzaladı

14 İyul, 26 / 18:25

Media həmrəyliyinə xidmət edən platforma 2 yaşında

14 İyul, 26 / 18:21

Polşa qırıcı təyyarələrini havaya qaldırıb

14 İyul, 26 / 18:20

İran qanunvericiləri ABŞ ilə memorandumun ləğvini tələb edirlər

14 İyul, 26 / 18:15

Netanyahu İranı xəbərdar etdi: Cavabımız daha sərt olacaq

14 İyul, 26 / 18:07

FT: İran ABŞ hərbçilərinin yerini mobil şəbəkələr vasitəsilə izləməyə cəhd edib

14 İyul, 26 / 18:03

Körfəz bölgəsində atəşkəsdən əvvəlki vəziyyətə geri dönülür?

14 İyul, 26 / 17:41

İran parlamentində Hörmüz boğazı ilə bağlı strateji fəaliyyət planı təqdim edilib

14 İyul, 26 / 17:10

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.