• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

QHT.az 11 yaşında

11 İyul, 26 / 20:12
A A

QHT.az saytının fəaliyyətə başlamasından 11 il ötür. 2015-ci ildə yaradılan sayt qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandıran ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərir.

Zefer.media xəbər verir ki, QHT.az-ın əsas məqsədi QHT-lərin fəaliyyətini cəmiyyətə daha dolğun və əlçatan şəkildə təqdim etmək, vətəndaş cəmiyyətində baş verən prosesləri işıqlandırmaq, QHT sədrlərinin, ekspertlərin və ictimai fəalların fikir və təkliflərinə informasiya platforması yaratmaqdır.

Heç bir qurumun mövqeyini ifadə etməyən sözügedən sayt müstəqil internet portalı kimi fəaliyyət göstərir. Saytın əsas tərəfdaşları isə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələridir.

Fəaliyyət göstərdiyi 11 il ərzində QHT.az yüzlərlə qeyri-hökumət təşkilatının layihə və təşəbbüslərini, ictimai əhəmiyyətli tədbirlərini, araşdırmalarını, hesabatlarını və sosial fəaliyyətlərini geniş auditoriyaya çatdırıb.

Vətəndaş cəmiyyətinin inkişafına informasiya dəstəyi göstərməyi qarşısına məqsəd qoyan həmin sayt bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yerə və geniş oxucu auditoriyasına malikdir.

QHT.az sosial yönümlü və davamlı media layihəsidir. Platformanın 11 il ərzində fasiləsiz fəaliyyət göstərməsində onunla əməkdaşlıq edən QHT-lərin, ekspertlərin, müəlliflərin və oxucuların mühüm rolu olub.

Məhdud imkanlara baxmayaraq, adıçəkilən media orqanı ötən dövrdə vətəndaş cəmiyyətinin informasiya ehtiyaclarının qarşılanması, QHT-lərin fəaliyyətinin ictimaiyyətə çatdırılması və bu sahədə ictimai müzakirələrin təşviqi istiqamətində fəaliyyətini davam etdirib.

Dəfələrlə müxtəlif yerli və xarici qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub. Onlayn Media subyeki olaraq QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilib.

Saytın baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya və Sosial Təşəbbüslərə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.

 

Bənzər Xəbərlər

Banner

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

İyul 20, 2026
Banner

Blogerlər Şuşa Forumuna niyə dəvət olunub

İyul 14, 2026
Banner

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu”ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

İyul 13, 2026
Banner

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

İyul 10, 2026
Cəmiyyət

“İki sahil” – 35 yaşında

İyul 10, 2026
Banner

Yeni qanun necə işləyəcək? – Deputat yaş nəzarəti mexanizmini izah etdi

İyul 5, 2026

XƏBƏR LENTİ

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

İranda zəlzələ baş verib

14 Avqust, 26 / 15:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.