Dünya

Keyhan: “İndi geri çəkilməyin vaxtı deyil, ABŞ qüvvələrinə hücum edin”

27 İyul 2026, 09:521
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın ali rəhbəri Əli Xameneiyə yaxınlığı ilə tanınan radikal “Keyhan” qəzeti ABŞ-nin dəniz blokadasına qarşı sərt mövqe nümayiş etdirərək Amerika qüvvələrinə hücum çağırışı edib.

Zefer.media xəbər verir ki, qəzetdə vurğulanıb:

“Bu, geri çəkilməyin və ya diplomatiya ilğımına qapılmağın vaxtı deyil. Cənub limanlarının blokadasını qaldırmağın yolu qətiyyətli hərbi cavabdan keçir”.

Məqalədə iddia olunub ki, qarşı tərəf silah çatışmazlığından əziyyət çəkir və onların birbaşa hədəfə alınması nəzərdən keçirilməlidir.

“Keyhan” əlavə edib ki, İranın neft ixracı tam təhlükəsiz olana qədər Fars körfəzində ABŞ və onun müttəfiqləri üçün heç bir ərazi təhlükəsiz hesab edilməməlidir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600