Gündəm

Yaz fəslinin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI

19 Mart 2026, 16:174
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Sabah – martın 20-si Azərbaycana yaz fəsli daxil olur.

Zefer.media xəbər verir ki, yaz fəslinin Azərbaycana daxil olması saat 18:45:53-ə təsadüf edəcək.

Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600