• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.9° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yaxın Şərqdəki müharibə Azərbaycan turizminə necə təsir edir? - AÇIQLAMA 

01 İyun, 26 / 15:33
A A

Azərbaycan turistik məkanlardan biridir. Ölkəmizin hər bir bölgəsinin özünəməxsus gözəlliyi, təbiəti, gündən-günə baş verən inkişaf və s. dünya ölkələrinin diqqətini çəkir. Azərbaycanın artan nüfuzunun, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işlərinin rolu da olduqca böyükdür. Hər il ölkəmizə davamlı şəkildə turistlər səyahət edir.

Bəs dünyadakı münaqişələr, gərginliklər, habelə Yaxın Şərqdəki müharibə Azərbaycanın turist axınına necə təsir edir?

Turizm üzrə ekspert Rəhman Quliyev Zefer.media-ya açıqlamasında deyib ki, bu gün ölkəmizə gələn turist sayında bəzi istiqamətlərdə azalma, bir çoxunda isə artım müşahidə edirik:

“Belə ki, dünyada baş verən geosiyasi vəziyyət, müharibəyə cəlb olunan ölkələrin əhalisinin sosial rifahının aşağı düşməsi, siyasi sabitliyin pozulması birbaşa insanların turist qabiliyyətliliyini aşağı salır. Yaxın Şərqdəki müharibədən qabaqkı dövrə nəzər salanda görmək mümkündür ki, Körfəz ölkələrindən Azərbaycana kütləvi surətdə turistlər gəlirdi. O cümlədən həmin ölkələrin hava məkanından keçərək Asiya ölkələrindən birbaşa Azərbaycana gələn aviareyslər hazırda yönlərini dəyişərək daha uzun məsafə qət edərək ölkəmizə üz tuturlar. Bu da turist axınına mənfi təsir göstərir”.

 

Rəhman Quliyev turizm Zefer.media

Ekspert əlavə edib ki, digər tərəfdən Avropa, Rusiya və Çindən də Azərbaycana turistlər davamlı şəkildə gəlir:

“Düşünürəm ki, baş verən qlobal proseslərə baxmayaraq ölkəmizin tam təhlükəsiz olduğunu bütün dünya bilir və qəbul edir. Hesab edirəm ki, gələcəkdə də qeyd olunan tendensiyanın davamı artıq bizə yeni bazarlar qazandıracaq, Azərbaycan “TOP 10″uqda yer alan turizm məkanına dönəcək. Həm işğaldan azad edilmiş ərazilərimizdə tikilmiş, istifadəyə verilmiş, yeni inşa ediləcək və ya tikilməkdə olan müalicəvi xarakterli sanatoriyalar, digər bölgələrimizdə fəaliyyət göstərən üst seqmentli otellər və dənizkənarı yeni yaradılan “Sea Breeze” kimi dünya brendinə çevrilən turizm, səyahət kompleksi hamısı ölkəmizə üz tutanlarda xoş hiss, təəssüratlar yaratmaq məqsədi daşıyır. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycandakı siyasi sabitlik turistlər üçün əhəmiyyətli nüanslardandır. Bu gün təhlükəsiz ölkə, turistik məkan hər kəsin sevimli yeri olur. Ölkə rəhbərinin apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq masada öz sözünü deyir, nüfuzlu və böyük tədbirlərə layiqincə ev sahibliyi edir. Keçirilən qlobal, BMT-nin bir neçə genişmiqyaslı tədbirlərinin ölkəmizdə baş tutması və dünya liderlərinin Azərbaycana yığışması xüsusi məqamdır. Ümid edirik ki, Yaxın Şərqdəki münaqişələr də bitəcək və sözügedən ölkələrdən bizə turist axınını bərpa edə biləcəyik”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.