• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb  

04 Avqust, 26 / 10:14
A A

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan dördüncü “YAŞAT” yay məktəbi başa çatıb.

Dövlət Agentliyinin mətbuat Xidmətindən Zefer.media – ya verilən məlumata görə, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilib.

Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub.

Yay məktəbinin son həftəsində iştirakçılar üçün Kenterberi şəhərinə (Canterbury) ekskursiya təşkil olunub. Bununla yanaşı, onlar Londonun tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə Bukinqem sarayını (Buckingham Palace), Müqəddəs Ceyms parkını (St James’s Park), Kral Süvari Qvardiyasının (Horse Guards) məşhur keşikdəyişmə mərasiminin keçirildiyi “Horse Guards” parad meydanını (Horse Guards Parade), eləcə də İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayını (Palace of Westminster) ziyarət ediblər.

Proqram çərçivəsində gənclər Temza çayı (River Thames) üzərində kruiz gəzintisində iştirak edib, həmçinin Londonun ən qədim və məşhur ərzaq bazarlarından biri olan “Boro” marketini (Borough Market) ziyarət edərək şəhərin tarixi, memarlığı və gündəlik həyatını əks etdirən məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

“YAŞAT” Fondunun Londondakı yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edib.

Bənzər Xəbərlər

Gündəm

Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ

Avqust 18, 2026
Gündəm

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Avqust 17, 2026
Gündəm

Prezidentin general rütbəsi verdiyi zabitlər kimdir? – DOSYE

Avqust 17, 2026
Gündəm

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

Avqust 17, 2026
Gündəm

İlham Əliyev Almaniyanın yeni səfiri Dirk Lölkeni qəbul edib

Avqust 13, 2026
Gündəm

BİQ və Qlobal Cənubun Gənclər Platforması əməkdaşlıq perspektivlərini müzakirə edib

Avqust 13, 2026

XƏBƏR LENTİ

Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ

18 Avqust, 26 / 20:23

Suriyada məhkəmə Bəşər Əsədin əmisi oğlunu ölüm cəzasına məhkum etdi

18 Avqust, 26 / 17:42

“Rusiyanın qonşularına bu cür yanaşmağa davam edərsə, münasibətlər düzəlməyəcək”

18 Avqust, 26 / 17:20

Xarkova hava zərbələrinin ağır nəticəsi: bu qədər insan həyatını itirdi

18 Avqust, 26 / 17:09

18 avqust – DSX əməkdaşlarının peşə bayramı günüdür

18 Avqust, 26 / 16:57

İran Trampın Hörmüz açıqlamasını “xülya” adlandırdı

18 Avqust, 26 / 16:44

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinə start verilib – FOTOLAR

18 Avqust, 26 / 16:37

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

18 Avqust, 26 / 16:23

Rusiyanın elektron ticarət platformasına dron hücumu ilə ziyan dəyib

18 Avqust, 26 / 16:17
Former President Donald Trump waits for the start of proceedings in Manhattan criminal court, Tuesday, April 23, 2024, in New York. (AP Photo/Yuki Iwamura, Pool)

Tramp Hörmüz boğazını “ABŞ-nin yeni ərazisi” elan etdi

18 Avqust, 26 / 16:10

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.