• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yaponiyada soydaşımızdan yeni kitab: “Azərbaycan adlı strategiya”

27 Aprel, 26 / 16:12
A A

Yaponiyada yaşayan soydaşımız Əlibəy Məmmədovun ölkəmiz haqqında yapon dilində növbəti kitabı “Azərbaycan adlı strategiya” çapdan çıxıb.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzuları əhatə edir. Nəşrdə Azərbaycanın qonşu və digər dövlətlərlə balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Eyni zamanda, ölkənin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb.

Kitabda Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə toxunulur, xüsusilə Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı, qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar xüsusi qeyd olunur.

Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan nailiyyətləri vurğulayır.

Kitabda, həmçinin İkinci Qarabağ müharibəsində əldə olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil olunur.

Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr, beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri də ətraflı təsvir edilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər, regionda təşkil olunan siyasi və mədəni tədbirlər də kitabın əsas mövzularındandır.

Müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər, o cümlədən Yaponiyada keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır. Kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır. Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər. Müəllifin fikrincə, “Azərbaycan adlı strategiya” Yaponiyada ölkəmizin daha yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək. Nəşr artıq Yaponiyada geniş maraq doğurub. Populyar “YouTube” kanallarında təqdimatları yayımlanan kitabın 2-ci tirajının çapına qərar verilib. Kitabın nüsxələri mərkəzi kitabxanalara, universitetlərə göndəriləcək.

Qeyd edək ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Onun 2018-ci ildə “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı yapon dilində kitabı çap olunub.

Bənzər Xəbərlər

Cəmiyyət

BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb

Avqust 24, 2026
Cəmiyyət

Sabahın hava proqnozu

Avqust 24, 2026
Cəmiyyət

“Qrin kart” uddu, vəzifəsindən getdi

Avqust 21, 2026
Cəmiyyət

Nazirlikdən rezidenturaya qəbul olanlara müraciət

Avqust 20, 2026
Cəmiyyət

Qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi

Avqust 20, 2026
Cəmiyyət

Sabah yağış yağacaq

Avqust 20, 2026

XƏBƏR LENTİ

Kəlbəcərdə məktəbin ilk məzunu tələbə adını qazanıb

25 Avqust, 26 / 12:03

BDU-da “Bir yay, min xatirə” düşərgəsinin bağlanış mərasimi keçirilib

25 Avqust, 26 / 11:52

BDU-da “Bir yay, min xatirə” düşərgəsi çərçivəsində daha beş təlim keçirilib

25 Avqust, 26 / 11:42

Böyük Britaniya və Ukrayna yeni saziş imzalayıblar

25 Avqust, 26 / 9:29

Oman sahillərində neft tankerinə hücum edilib

25 Avqust, 26 / 9:25

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

24 Avqust, 26 / 19:35

Xətai rayonunun bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə olacaq

24 Avqust, 26 / 19:15

Tramp Ukraynanı strategiyasını dəyişməyə vadar etdi: Kiyev yeni yola keçir

24 Avqust, 26 / 17:55

BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb

24 Avqust, 26 / 16:10

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər

24 Avqust, 26 / 15:04

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.