Banner

Ermənistan müxalifəti Paşinyanın yeni konstitusiya planına qarşı çıxdı: Referenduma mane olacaqlar

23 Noyabr 2026, 17:021
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan parlamentində təmsil olunan müxalifət fraksiyaları Baş nazir Nikol Paşinyanın yeni konstitusiya layihəsinin referenduma çıxarılması üçün dəstək toplamaq təklifini rədd edib.

“Güclü Ermənistan” (Samvel Karapetyan) və “Ermənistan” (Robert Köçəryan) fraksiyaları referendumun keçirilməsi üçün tələb olunan altı səsi təmin etməyəcəklərini bildiriblər.

“Güclü Ermənistan” fraksiyasının katibi Tiqran Abrahamyan 29 deputatın hamısının yeni konstitusiya layihəsinin əleyhinə səs verəcəyini açıqlayıb. O, layihədə Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almamasını Azərbaycanın tələblərinin qəbul edilməsi kimi qiymətləndirib.

Abrahamyan, həmçinin dövlət quruculuğunun zəruriliyinə dair müddəanı tənqid edərək, bunun Ermənistanın artıq formalaşmış dövlətçiliyini şübhə altına aldığını iddia edib.

“Ermənistan” fraksiyasının katibi Artur Xaçatryan isə Paşinyanla hər hansı razılaşmanın mümkün olmadığını bildirib. O, baş naziri ölkənin maraqlarına zidd siyasət yürütməkdə ittiham edərək istefasını tələb edib.

Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun bəyanatında da yeni konstitusiya layihəsinə sərt etiraz ifadə olunub.

Bəyanatda iddia edilib ki, Paşinyan ardıcıl olaraq Azərbaycanın tələblərinə uyğun gündəliyi irəli sürür və Ermənistanın Müstəqillik Bəyannaməsindən imtina etməyə hazırdır.

“Güclü Ermənistan” və birləşmiş müxalifət Ermənistanın müstəqilliyinin təməllərindən imtina etməsinə və ‘Əliyev referendumu’nun tətbiqinə imkan verməyəcək. Paşinyanın bugünkü çıxışında bəlkə də yalnız bir həqiqət var idi: o, getməlidir”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin yeni konstitusiya təşəbbüsü ölkənin Müstəqillik Bəyannaməsinə istinad məsələsi ətrafında siyasi mübahisələri yenidən gündəmə gətirib. Müxalifət layihəni Azərbaycanın tələbləri ilə əlaqələndirsə də, bu, onların siyasi mövqeyini əks etdirən qiymətləndirmədir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600