Gündəm

30 Avqust: Bir millətin taleyini dəyişdirən böyük zəfər

30 Avqust 2026, 13:196
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tarixdə elə günlər var ki, sadəcə bir təqvim vərəqi deyil, bütün bir xalqın taleyini başdan yazır. 30 Avqust – Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günü məhz belə bir qəhrəmanlıq dastanının adıdır.

Avqustun 26-da Mustafa Kamal Atatürkün “İrəli!” əmri ilə başlayan Böyük Hücum (Böyük Taarruz), 30 avqustda Dumlupınarda işğalçı qüvvələrin darmadağın edilməsi ilə tarixi zəfərlə taclandı.

Dumlupınar Meydan Döyüşü yalnız hərbi bir qələbə deyildi; bu, “Türklər əsarət altına alına bilməz” mesajının bütün dünyaya hayqırılması idi.

Bu möhtəşəm qələbə Türkiyə Cümhuriyyətinin təməlini qoydu və modern, müstəqil dövlətin doğuşunu müjdələdi.

Zefer.media komandası olaraq, Türkiyə xalqını və Silahlı Qüvvələrini 30 Avqust – Zəfər Bayramı münasibətilə səmimiyyətlə təbrik edirik! Qardaş Türkiyənin bu tarixi qələbəsi həm də bütün Türk dünyasının qürur mənbəyidir. Bir millət, iki dövlət olaraq bu şanlı zəfər coşğusunu bölüşür, qardaş ölkəyə daimi sülh, tərəqqi və yeni zəfərlər arzulayırıq!

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600