Dünya

Yəmən sahillərində daha bir gəmi hədəfə alınıb

19 Avqust 2026, 16:292
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Bab əl-Məndəb boğazında yük gəmisinə hücum edilib.

Zefer.media Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına əsasən xəbər verir ki, hadisə Yəmənin Moxa limanından təxminən 40 dəniz mili cənub-şərqdə baş verib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, yük gəmisi bir neçə naməlum mərmi ilə vurulub. Hücum zamanı gəmidə heyət üzvlərinin olmadığı açıqlanıb.

Hücum nəticəsində gəmiyə ciddi ziyan dəyib və gəmi tamamilə sıradan çıxıb. Hadisə ilə bağlı araşdırma başladılıb. Səlahiyyətli qurumlar bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı tövsiyə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600