• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.8° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub

20 Aprel, 26 / 21:41
A A

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

Zefer.media xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

XTQ komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov tədbirdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin – Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatını, bütövlükdə şanlı zəfərimizin başlanğıcı olduğunu qeyd edib.

Çıxışlar zamanı vurğulanıb ki, XTQ mənsubları daima ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi naminə Ali Baş Komandanın əmrinə əsasən istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir və Vətən  uğrunda canından keçməyə hazırdır.
Şəhidlərin ailə üzvləri və yaxınları çıxışlarında onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən döyüş iştirakçıları və ictimaiyyət nümayəndələri Aprel döyüşlərinin tarixi əhəmiyyəti, başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurmasından danışıblar.

Bədii hissədə Aprel döyüşlərinə həsr olunan sənədli film nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqili kompozisiyalar nümayiş etdirilib.

Sonda şəhidlərin şərəfinə ehsan süfrəsi təşkil olunub, ruhlarına dualar oxunub.
Qonaqlara hədiyyələr təqdim edildikdən sonra xatirə şəkilləri çəkdirilib.

Bənzər Xəbərlər

Hərbi

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər

Avqust 24, 2026
Hərbi

Çin və BƏƏ hava qüvvələri avqust-sentyabr aylarında birgə hava təlimləri keçirəcək

Avqust 21, 2026
Dünya

Bu ölkədə hökumətdən hava hücumundan müdafiə sistemini gücləndirmək üçün əlavə maliyyələşdirmə istənilib

Avqust 20, 2026
Manşet

18 avqust – DSX əməkdaşlarının peşə bayramı günüdür

Avqust 18, 2026
Dünya

Polşa Ukraynaya “Patriot” raketlərinin təhvil verilməsi ilə bağlı qərarını açıqlayıb

Avqust 13, 2026
Dünya

“Rusiya silah çatışmazlığı ilə üzləşə bilər”

Avqust 12, 2026

XƏBƏR LENTİ

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

24 Avqust, 26 / 19:35

Xətai rayonunun bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə olacaq

24 Avqust, 26 / 19:15

Tramp Ukraynanı strategiyasını dəyişməyə vadar etdi: Kiyev yeni yola keçir

24 Avqust, 26 / 17:55

BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb

24 Avqust, 26 / 16:10

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər

24 Avqust, 26 / 15:04

“Sabahın Sənət Elçiləri” Bakıda Türkiyə-Azərbaycan sənət körpüsünü gücləndirir

24 Avqust, 26 / 14:51

Asim Munir Tehrana səfərindən öncə Trampla danışıb

24 Avqust, 26 / 14:42

Prezidentin Özbəkistana səfəri mühüm dövlətçilik hadisəsidir - Politoloqdan açıqlama 

24 Avqust, 26 / 14:34

Sabahın hava proqnozu

24 Avqust, 26 / 14:18

Şəki sakinləri dənizdə boğuldu

24 Avqust, 26 / 14:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.