• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.4° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

WUF13-də Türk evləri və ortaq memarlıq irsi müzakirə olunub

18 May, 26 / 19:00
A A

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ikinci günü saat 16:00 da “İrsdən dayanıqlığa: Türk evləri” mövzusunda panel təşkil olunub.

Zefer.media xəbər verir ki, panel çərçivəsində çıxış edənlərdən biri olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkənin zəngin regional memarlıq irsinin mövcud vəziyyəti, qorunma problemləri və xüsusiyyətləri barədə mühüm məqamlara toxunub.

O bildirib ki, Azərbaycanda tavan və döşəmə hissələrində taxtadan geniş istifadə olunsa da, ümumilikdə taxta evlər geniş yayılmayıb. Bununla belə, fərqli regionlarda kərtmə, bağdadi, çovustan və digər yerli tikinti üslublarına aid nümunələrin qaldığını deyən Hacıyeva, təəssüflə qeyd edib ki, bu tip evlərin bir qismi günümüzdə aktiv şəkildə məhv olur və ya baxımsızlıq səbəbilə sıradan çıxır.

Səbinə Hacıyeva xüsusilə Lənkəran bölgəsinə xas olan, sütunlar üzərində inşa edilən ənənəvi evlərin bu gün də müəyyən qədər mövcud olduğunu, lakin lazımi diqqət göstərilmədiyi üçün tədricən azaldığını söyləyib. Eyni zamanda Abşeron bölgəsində, xüsusilə Qala kəndində rast gəlinən, sadəliyinə rəğmən daxili bölmələrindəki xüsusi sanitar otaqları ilə seçilən funksional “dublalı evlər”in də urbanizasiya və müasir tikinti meylləri səbəbindən ya dəyişdirildiyini, ya da tamamilə sıradan çıxdığını diqqətə çatdırıb.

Şəki-Zaqatala bölgəsində rast gəlinən imarət tipli evlərin Azərbaycan memarlığının mühüm nümunələrindən sayıldığını qeyd edən Dövlət Xidmətinin rəisi, bu mövzuda Arif Mehdiyevin tədqiqatlarına da istinad edildiyini deyib. Onun sözlərinə görə, həmin evlərin bir qismi artıq mövcud deyil və ya ciddi dəyişikliklərə məruz qalıb. Müasir tələblərə uyğunlaşdırma məqsədilə aparılan əlavə tikililər onların ilkin formasının itirilməsinə səbəb olub və ona görə orijinal nümunələri tapmaq getdikcə çətinləşir. Bir və ya iki otaqdan ibarət olub qarşı hissəsində eyvan yerləşən sözügedən sadə imarətlərdən bəhs edən Səbinə Hacıyeva, bölgədəki yaşayış evləri ilə dini tikililər arasında maraqlı memarlıq əlaqəsinin olduğunu, bəzi məscidlərin plan quruluşunun yaşayış evlərinə bənzər şəkildə formalaşdığını vurğulayıb. O, həmçinin evlərdəki hündür dam quruluşunun təkcə konstruktiv deyil, həm də ipəkçilik, meyvə və tütünün qurudulması kimi təsərrüfat işlərində istifadə olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi Qax rayonunun Sarıbaş kəndində də daş və taxta elementlərinin vəhdət təşkil etdiyi oxşar nümunələrin olduğunu, Şəki şəhərində, xüsusilə Xan sarayına aparan küçə boyunca isə bu üslubun ən inkişaf etmiş formalarının yer aldığını bildirib.

Çıxışında Şuşada yerləşən Zöhrab bəy evi kimi tarixi abidələrin də bu irsin mühüm hissəsi olduğunu və bərpasının vacibliyini qeyd edən Səbinə Hacıyeva, Bakı və Şuşa malikanələrinin həm tarixi dəyər, həm də müasir istifadəyə uyğunlaşdırılması baxımından diqqət çəkdiyini ifadə edib. Sonda o vurğulayıb ki, Azərbaycanda tikinti materialları və memarlıq üslubları iqlim və coğrafi şəraitə uyğun formalaşıb. Bakıda əsasən əhəng daşından istifadə xüsusi üslub yaradıb, Şəki-Zaqatala bölgəsində çay daşı və kərpicin birgə işlədilməsi seysmik dayanıqlıq baxımından əhəmiyyət daşıyır, Naxçıvanda isə çiy və bişmiş kərpic üstünlük təşkil edir. Dövlət Xidmətinin rəisi adıçəkilən zəngin tikinti ənənələrinin və bölgələr üzrə formalaşmış özünəməxsus üslubların qorunaraq gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyini bəyan edib.

Səbinə Hacıyevaya əhatəli təqdimatına görə təşəkkür edən moderator, çıxışların bir-birini tamamladığını və yeni suallar doğurduğunu bildirərək, geniş sual-cavab sessiyasının panelin sonunda toplu formatda keçiriləcəyini elan edib.

Daha sonra sözü regional idarəetmə və şəhərsalma istiqamətində görülən işlərdən bəhs etmək üçün Türkiyədən təşrif buyuran Trabzon Böyükşəhər Bələdiyyə başçısı Əhməd Mətin Gəncə verib. Spikerin əvvəlki Ortahisar Bələdiyyəsindəki fəaliyyəti və hazırda Trabzonda “Türk evi” konsepsiyasının yaşadılması istiqamətində həyata keçirdiyi layihələr xüsusi qeyd edilib.

Çıxışına panel iştirakçılarını və qonaqları salamlayaraq başlayan Trabzon Böyükşəhər Bələdiyyə başçısı Əhməd Mətin Gənc, ilk növbədə onları bir araya gətirdiyi üçün Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyinə xüsusi təşəkkürünü çatdırıb. Trabzonun dörd min illik zəngin tarixə malik, Kolxlardan Bizansa, Osmanlıdan Cümhuriyyət dövrünə qədər müxtəlif sivilizasiyaların və qıpçaq, halac, əfşar kimi türk topluluqlarının izini daşıyan mühüm bir mədəniyyət mərkəzi olduğunu bildirib. İpək Yolunun strateji dayanacaqlarından olan bu tarixi şəhərin mədəni yaddaşını qorumağın mühüm vəzifə olduğunu deyən bələdiyyə başçısı, müasir şəhərlərin ən böyük probleminin kimlik itkisi və standartlaşma olduğunu xatırladıb. O, mədəni yaddaşını itirən şəhərlərin ruhunu da itirdiyini diqqətə çatdırıb.

Əhməd Mətin Gənc coğrafi şəraitin və sərt Qara dəniz iqliminin regional memarlığa birbaşa təsir göstərdiyini, Trabzon evlərinin əsasən daş bünövrə üzərində taxta və daşın vəhdəti ilə inşa edildiyini deyib. Evlərin fasadlarında ağ və sarı tonların tətbiqindən, açıq sofa sistemlərindən, cumba və çıxıntılardan bəhs edən spiker, həmçinin ərzaq saxlamaq üçün istifadə olunan “serander” tipli ənənəvi tikililərin xüsusiyyətlərini bölüşüb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, xüsusilə Ortahisar və Gülbahar Hatun bölgələrində tarixi quruluşa toxunmadan “küçə sağlamlaşdırılması” layihələrinin icra olunduğunu deyib. O, bəzi tarixi binaların muzeyə çevrilərək şəhər turizminə qazandırıldığını, Kundupoğlu Konağının isə Tarixi Araşdırmalar Mərkəzi kimi elmi fəaliyyətlərə xidmət etdiyini diqqətə çatdırıb.

Çıxışının sonunda Azərbaycanla bağlı mühüm məqamlara toxunan Trabzon Böyükşəhər Bələdiyyə Başçısı, işğaldan azad olunmuş Şuşa şəhərini ziyarət edən ilk bələdiyyə başçısı olduğunu fəxrlə vurğulayıb. İkinci Qarabağ müharibəsi dövründə Trabzonun Boztepe bölgəsində Azərbaycan bayrağını ucaltdıqlarını və bu addıma görə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırıldıqlarını xatırladan Əhməd Mətin Gənc, növbəti gün Şuşa ilə Trabzon arasında rəsmi qardaş şəhər protokolunun imzalanacağını və bu qardaşlıq bağlarının daha da güclənəcəyini böyük sevinc hissi ilə bəyan edib.

Daha sonra moderator regional şəhərsalma və tarixi miras mövzusundakı təqdimatına görə Əhməd Mətin Gəncə təşəkkür edib.

Proqramın sonuncu çıxışı üçün söz türk dünyasının digər əhəmiyyətli bölgəsini təmsil edən heyətə – Qazaxıstanın Jambıl vilayəti Akimatının Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Direksiyasının direktoru Sauran Kaliyevə verilib. Akimatlıq (qubernatorluq) və bələdiyyə strukturlarının birgə fəaliyyət göstərdiyi xüsusi idarəetmə sisteminə malik bu regionun rəsmisi forumda Orta əsr yaşayış məskənləri və Jambıl bölgəsinin arxeoloji irsi mövzusunda geniş məruzə edib.

Qonaqları “Xalqlararası Urbanizasiya və Şəhər Mədəniyyəti Forumu” çərçivəsində salamlayan Sauran Kaliyev, Qədim Türk dövləti və Qərbi Türk xaqanlığı dövrlərində karluklar və türgişlərin şəhərsalma mədəniyyətinin təkamülünü təhlil edib. O, İpək Yolu üzərində yerləşən yaşayış məskənlərinin VI əsrdən etibarən yeni ticarət marşrutlarının yaranması ilə formalaşmağa başladığını bildirib. Regionda şəhər inkişafının arxeoloji baxımdan üç əsas mərhələyə (VI–VIII əsrlər, VIII–X əsrlər və XI–XII əsrlər) bölündüyünü deyən məruzəçi, Talas çayı ətrafındakı qədim məskənlərin zamanla kilometrlərlə uzanan müdafiə divarları olan iri şəhərlərə çevrildiyini qeyd edib. Sauran Kaliyev Taraz şəhərinin mərkəzində VI–X əsrlərə aid mədəni təbəqələrdə bişmiş kərpicdən istifadə olunmasını İpək Yolu üzərindəki texnoloji tərəqqinin əyani sübutu kimi qiymətləndirib.

Məruzədə ikinci urbanizasiya dalğasının Karaxanilər dövrünə təsadüf etdiyi və bu zaman şəhərlərdə su təchizatı boruları, kanalizasiya sistemləri, məscidlər, hamamlar və bazarlar kimi mükəmməl infrastrukturun qurulduğu vurğulanıb. Qulan (Qulun) şəhərində aparılan arxeoloji qazıntılar zamanı iki mərtəbəli müdafiə qalası formasında inşa edilmiş hökmdar sarayının və inzibati binaların tapıldığını, şəhər ərazisinin ticarətin sayəsində 18 kilometrə qədər genişləndiyini bildirən spiker, tapılan zərif keramika məmulatları, qadın bəzək əşyaları və sikkələrin inkişaf etmiş iqtisadiyyatdan xəbər verdiyini deyib. Hətta qədim Taraz şəhərində xüsusi sikkə zərbetmə mərkəzinin fəaliyyət göstərdiyi rəsmən diqqətə çatdırılıb. Balasağun və digər mərkəzlərdə İslam mədəniyyətinin yayılması ilə şəhərsalmanın yeni mərhələyə keçdiyini deyən Sauran Kaliyev, Cənubi Qazaxıstanın çay vadiləri boyunca qədimdən sıx məskunlaşdığını əsaslandırıb.

Çıxışının yekununda bu zəngin şəhərsalma və memarlıq ənənələrinin türkdilli xalqların ortaq tarixi dəyəri və yaddaşı olduğunu bəyan edən Sauran Kaliyev, siyasi sərhədlərin xalqları ayıra bilməyəcəyini, ortaq mədəniyyətin isə birləşdirici gücə malik olduğunu xüsusi vurğulayıb. Qazaxıstanın cənub bölgəsində birgə tədqiqat və bərpa işləri üçün geniş imkanların mövcudluğunu qeyd edən spiker, gələcəkdə türkdilli dövlətlər arasında bu sahədə inteqrasiya və əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

Panelin yekununda hədiyyə təqdimetmə mərasimi keçirilib. Sonda isə xatirə şəkli çəkilib.

Hacıyeva Pərvin

Qurbanlı Lalə

Bənzər Xəbərlər

Hərbi

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

İyun 25, 2026
Siyasət

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

İyun 25, 2026
Manşet

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

İyun 25, 2026
Manşet

Prezident bu hərbçiləri təltif etdi

İyun 25, 2026
Gündəm

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib - VİDEO

İyun 25, 2026
Gündəm

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

İyun 25, 2026

XƏBƏR LENTİ

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

Prezident bu hərbçiləri təltif etdi

25 İyun, 26 / 17:39

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

25 İyun, 26 / 17:31

Rubio İranın dəniz rüsumları ideyasını tənqid edib

25 İyun, 26 / 17:23

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib - VİDEO

25 İyun, 26 / 17:18

İran və Oman xarici işlər nazirləri Hörmüz boğazını müzakirə ediblər 

25 İyun, 26 / 17:18

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

25 İyun, 26 / 17:07

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.