Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində Wildberries şirkətinin logistika mərkəzində baş verən yanğından sonra şəhəri güclü tüstü bürüyüb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, logistika mərkəzində yanğının sahəsi 100 min kvadratmetrdən çox olub.
Kotovsk şəhərinin rəhbəri Aleksey Plaxotnikov tüstü və dumanın sürətlə şəhər ərazisinə yayıldığını bildirib. O, sakinləri yaxın iki gün ərzində şəhərdə hərəkəti məhdudlaşdırmağa çağırıb.
Hakimiyyət orqanları dəm qazı və yanma məhsulları ilə zəhərlənmə riskinə görə sakinlərə pəncərə və balkon qapılarını bağlı saxlamağı tövsiyə edib.
Şəhər rəhbərliyi həmçinin sakinlərə zəruri ərzaq və digər məhsulların çatdırılma xidmətlərindən istifadə etməyi məsləhət görüb.
Aytən Yalçınqızı

















