Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların məzuniyyət əvəzinə hərbi təlim-toplanışlara cəlb edilməsini təklif edib.
Zefer.media Nexta.Live – a istinadən xəbər verir ki, o bildirib ki, siyasətçilər üçün “məzuniyyət anlayışı yoxdur”. Onun sözlərinə görə, məmurlar Silahlı Qüvvələrə daha yaxın olmalı və ordunun necə fəaliyyət göstərdiyini daha yaxşı anlamalıdırlar.
“Axı hamı Silahlı Qüvvələrdə xidmət keçməyib və hərbi-uçot ixtisasına malik deyil. Buna görə də belə hazırlıq zəruridir”, – deyə Volodin vurğulayıb.
Qeyd edək ki, mətnin sonunda yer alan “Volodinin özü heç vaxt orduda xidmət etməyib. Ali Baş Komandan da Vətən qarşısındakı borcunu yerinə yetirməyib” fikri müəllifin şərhi xarakteri daşıyır və rəsmi açıqlama deyil.

















