• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Uşakovun Ermənistana qarşı dediyi “iki stulda oturmaq” ifadəsi siyasətdə neytral formul sayılmır - AÇIQLAMA

08 May, 26 / 15:42
A A

“Ermənistan “iki stulda oturmaq” siyasətinə sadiq qalmağa davam edir”. Bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitini və Ermənistanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasını şərh edərkən deyib.

Uşakov qeyd edib ki, aprel ayında Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bütün məsələlərə aydınlıq gətirilsə də, İrəvanın davranışları fərqli mənzərə yaradır.

Vurğulamaq yerinə düşər ki, hazırda İrəvan ilə Moskva arasında münasibətlər əvvəlki illərlə müqayisədə daha gərgindir. Bunun əsas səbəbləri Ermənistan son illərdə təhlükəsizlik və xarici siyasətdə yalnız Rusiyaya bağlı qalmaq istəmir. Xüsusilə Qarabağ hadisələrindən sonra Ermənistan rəhbərliyi Rusiyanı kifayət qədər dəstək verməməkdə ittiham edib. Habelə İrəvan hökuməti Qərbə yaxınlaşmağa, əlaqələri gücləndirməyə çalışır. Bu isə Moskvada böyük narahatlıq yaradır. Rusiya öz təsir dairəsinin zəifləməsini istəmir.

Ona görə tərəflər arasında siyasi açıqlamalarda qarşılıqlı tənqidlər olur…

Məsələyə dair şərh verən politoloq Rəşad Bayramov Zefer.media-ya deyib ki, Kreml Ermənistanın Qərblə paralel yaxınlaşmasını Rusiyanın təsir zonasına təhlükə kimi qiymətləndirir:

“Uşakovun Ermənistana dair işlətdiyi “iki stulda oturmaq” ifadəsi siyasi leksikonda təsadüfi və neytral formul sayılmır. Belə atmacalar adətən Kremlin müəyyən ölkələrin xarici siyasət kursundan narazılığını nümayiş etdirmək üçün göstərdiyi diplomatik mesaj formasıdır. Xüsusilə Rusiya siyasi dairələrində “iki stulda oturmaq” anlayışı bir dövlətin eyni vaxtda həm Moskva ilə strateji münasibətləri qorumağa, həm də Qərblə paralel yaxınlaşma siyasəti aparmağa çalışmasını tənqid etmək məqsədi daşıyır. Ona görə də Uşakovun açıqlaması Ermənistana ünvanlanmış açıq siyasi xəbərdarlıq kimi qiymətləndirilə bilər. Kreml faktiki olaraq İrəvana mesaj verir ki, təhlükəsizlik və iqtisadi baxımdan Rusiyanın imkanlarından istifadə edib, eyni zamanda Qərb platformaları ilə strateji inteqrasiyanı genişləndirmək Moskva tərəfindən qəbuledilməz davranış hesab olunur”.

Politoloq qeyd edib ki, həmin açıqlamanın zamanlaması da diqqət çəkir:

“Ermənistanın Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi etməsi və Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi imzalaması Rusiyanın regiondakı nüfuzuna alternativ siyasi platformaların gücləndiyini göstərir. Moskva xüsusilə Cənubi Qafqazda Qərbin siyasi və təhlükəsizlik təsirinin artmasını geosiyasi təzyiq elementi kimi qəbul edir. Ermənistan isə Rusiyadan asılılığı azaltmaq üçün son illərdə yeni və alternativ tərəfdaşlar axtarmağa başlayıb. Buna görə də İrəvan bir tərəfdən Rusiya ilə münasibətləri tam qoparmaq istəmir, digər tərəfdən isə Qərblə əlaqələri genişləndirərək öz manevr imkanlarını artırmağa çalışır. Kremlin narahatlığı da məhz bundan qaynaqlanır. Çünki Moskva postsovet məkanında strateji müttəfiqlərin paralel şəkildə Qərb təhlükəsizlik sisteminə yaxınlaşmasını öz təsir zonasına təhlükə kimi görür”.

Bayramov habelə əlavə edib ki, Ermənistanın enerji infrastrukturu və təhlükəsizlik sistemi hələ də böyük ölçüdə Rusiyadan asılı vəziyyətdədir:

 

“Ermənistanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi də xüsusi diqqət doğuran addımdır. Çünki London son illərdə postsovet məkanında daha fəal geosiyasi xətt yürütməyə çalışır. Böyük Britaniya xüsusilə enerji marşrutları, regional təhlükəsizlik və Rusiya təsirinin məhdudlaşdırılması məsələlərində aktiv rol almağa çalışır. Ona görə də Ermənistanla strateji tərəfdaşlıq Moskva tərəfindən təkcə ikitərəfli əməkdaşlıq kimi deyil, həm də Qərbin regiona yeni siyasi giriş cəhdi kimi qiymətləndirilir. Bu isə öz növbəsində Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan etimad böhranını daha da dərinləşdirir.
Son illərdə Moskva ilə İrəvan arasında bir neçə mühüm gərginlik xətti formalaşıb. Ermənistan KTMT-nin fəaliyyətini açıq şəkildə tənqid edib, təşkilatın tədbirlərində iştirakını məhdudlaşdırıb və Rusiyanın təhlükəsizlik zəmanətlərinə skeptik yanaşmağa başlayıb. Eyni zamanda Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi və Fransa ilə hərbi əməkdaşlığın genişlənməsi də Kremlin narahatlığını artırıb. İndi Böyük Britaniya ilə strateji tərəfdaşlıq bu siyahıya əlavə olunur. Moskva üçün əsas problem Ermənistanın Qərbyönlü siyasi orientasiyaya keçid siqnalları verməsidir.
Bununla belə, İrəvanın tam şəkildə Moskvadan uzaqlaşması qısa müddətdə real görünmür. Ölkənin enerji infrastrukturu, iqtisadi əlaqələri və təhlükəsizlik sistemi hələ də böyük ölçüdə Rusiya ilə bağlıdır. Ermənistanda yerləşən Rusiya hərbi bazası və iqtisadi asılılıq Moskvanın əlində ciddi təsir rıçaqları saxlayır. Buna görə Paşinyan hakimiyyəti daha çox balans siyasəti yürütməyə çalışır. Lakin Kremlin ritorikası göstərir ki, Moskva bu balans modelinə əvvəlki qədər tolerant yanaşmır və tərəfdaşlarından daha aydın geosiyasi seçim gözləyir”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.