Dünya

“Uranın zənginləşdirilməsini müzakirə etməyə hazırıq” – Bəqayi

12 Fevral 2026, 19:303
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini və ehtiyatlarının həcmini müzakirə etməyə hazırdır, bir şərtlə ki, İran xalqının hüquqlarına riayət olunsun.

Zefer.media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bəqayi bir sıra məsələlərə, o cümlədən nüvə proqramı üzrə danışıqların bərpasından və Omanda sanksiyaların ləğvindən sonra ABŞ-la diplomatik münasibətlərə toxunub.

O, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi olan İranın sülh məqsədləri üçün nüvə enerjisi istehsal etdiyinə görə, danışıqların nüvə məsələsinin müzakirə olunacağını vurğulayıb.

Bəqayi vurğulayıb ki, Tehran dəfələrlə nüvə silahının müdafiə doktrinasında yeri olmadığını bəyan edib.

O, İsrailin İranın nüvə silahı yaratmaq ərəfəsində olması ilə bağlı iddialarına toxunaraq, “Bu, böyük yalandır”,-deyib.

Bəqayi əlavə edib ki, uranın zənginləşdirilməsi ölkənin dinc nüvə proqramının bir hissəsidir.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600