• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.7° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10 May, 26 / 6:23
A A

Bu gün Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın qurtarıcısı, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Zefer.media xəbər verir ki, 1923-cü il mayın 10-da Naxçıvanda dünyaya göz açmış Ulu Öndər ölkənin müstəqilliyi, inkişafı və dünya birliyində öz layiqli yerini tutması üçün əvəzsiz xidmətlər göstərmiş böyük şəxsiyyətdir.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə başa vurub.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən ümumilli liderimiz SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Həmin vəzifədə çalışarkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq vəzifələrindən istefa verib.

Ulu öndər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti kimi, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan dahi şəxsiyyət iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ümummilli liderimiz Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ulu öndəri, xilaskarı Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

O, beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Heydər Əliyevin şərəfli yolunu, güclü siyasətini layiqli şəkildə davam edən prezident İlham Əliyev həmçinin ata vəsiyyətini də yerinə yetirib. Ulu öndərin qəlbən, ən əsas arzusu ölkəmizi bütöv görmək idi. Prezident, Cənab Ali Baş komandan İlham Əliyevin möhtəşəm siyasəti əmri, rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu işğal altında olmuş Qarabağ və ətraf rayonlarını düşmən tapdağından azad edib. 

Ümumilli Liderin doğulduğu tarix – 10 May hər il ölkəmizdə ehtiramla keçirilir, onun həyat və fəaliyyəti xatırlanır. Sözügedən əlamətdar gün münasibətilə ölkədə müxtəlif, silsilə tədbirlər təşkil edilir, xalq onun xatirəsini dərin hörmətlə anır.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.