İranın ali rəhbəri Müctəba Xameneyi ilə qohum olan və İran Hizbullahı təşkilatının rəhbəri Məhəmmədbağır Xərrəzi prezident Məsud Pezeşkianın istefası ilə bağlı səsləndirdiyi iddialar daha öncə həm Xameneyinin ofisi, həm də Pezeşkian tərəfindən təkzib edilib.
Zefer.media xəbər verir ki, bu rəsmi təkzibin ardından Xərrazinin ofisi yeni bəyanat yayıb. Bəyanatda bildirilir ki, mərhum və hazırkı ali rəhbərə hörmət əlaməti olaraq bu təkzib hələlik qəbul edilir.
“Şəhid və hazırkı ali rəhbərə hörmət əlaməti olaraq, İctimaiyyətlə Əlaqələr İdarəsinin təkzibini hələlik qəbul edirik. Ancaq ümid edirik ki, gələcəkdə həmin qurumlarda baş verə biləcək mühüm dəyişikliklərdən sonra da həmin təkzib qüvvədə qalacaq”, – deyə, bəyanatda vurğulanıb.
Zərintac Mayisqızı















