“Verstka” və “Vacib Hekayələr” nəşrlərinin hesablamalarına görə, iki il əvvəl sərhəd bölgəsində ən azı 344 müddətli hərbi qulluqçu yerləşdirilib.
Zefer.media Nexta Tv-yə istinadən bildirir ki, komandanlığın ön xəttə göndərdiyi bu əsgərlərin əksəriyyətinin yaşı 18-20 arasında olub.
Sərhədin əsas mövqelərində onlar şəxsi heyətin 50–85 faizini təşkil edirdilər. Bəzi dayaq məntəqələrində isə ümumiyyətlə müqaviləli və ya peşəkar hərbçilər olmayıb. Məlumata görə, komandanlıq mövqeləri tərk edərək qaçıb.
Əsirlikdən qayıdanlar da daxil olmaqla sağ qalan hərbçilər mübadilədən sonra tərxis edilməyiblər. Onlar yenidən sərhəd bölgəsinə, bu dəfə Bryansk vilayətinə göndəriliblər.
Lalə Qurbanlı

















