Xarici xəbərlər

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birinə və düşmənin təlim poliqonuna zərbələr endirib

30 İyul 2026, 13:204
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

29 və 30 iyul tarixlərində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Perm şəhərindəki “Lukoil-Permnefteorgsintez” neft emalı zavoduna, eləcə də Zaporojye bölgəsinin Rusiyanın ələ keçirdiyi hissəsində onların təlim poliqonuna hücum həyata keçirib.

Zefer.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Beləliklə, son bir gün ərzində Rusiyanın Perm diyarının Perm şəhərində yerləşən “Lukoil-Permnefteorgsintez” neft emalı zavodu Ukrayna əsgərlərinin hücumuna məruz qalıb.

Söhbət Rusiya ərazisindəki ən böyük neft emalı zavodlarından birindən gedir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ifadə edib: “Müəssisənin gücü ildə təxminən 13 milyon ton neft təşkil edir. Zavod avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, bitum, sürtkü yağları və digər neft məhsulları istehsal edir”.

Onlar həmçinin qeyd ediblər ki, həmin obyekt rusların hərbi-sənaye kompleksinin və ümumilikdə Rusiya ordusunun ehtiyaclarını ödəyir.

Hücum nəticəsində Lukoil-“Permnefteorgsintez” zavodunda yanğın baş verib.

Bundan əlavə, 30 iyulda Ukrayna Müdafiə Qüvvələri Zaporojye bölgəsinin Rusiyanın ələ keçirdiyi ərazisində yerləşən Rusiyanın Primorski Posad təlim poliqonuna zərbələr endirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600