Dünya

Ukrayna PUA-ları Rusiyanın Taqanroq şəhərinə hücum edib

6 Noyabr 2026, 16:373
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Rostov vilayətində yerləşən Taqanroq şəhərinə hücum edib.

Zefer.media “Caliber”ə istinadən xəbər verir ki, şəhərin meri Svetlana Kambulova noyabrın 6-da saat 04:19-da “Maks” platformasında hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini bildirib.

O, sakinləri küçələrdən uzaqlaşmağa, qapalı məkanlara keçməyə və pəncərələrdən kənarda dayanmağa çağırıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 5-i axşam saatlarında ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 35 təyyarə tipli PUA məhv edilib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600