Dünya

“Ukrayna bizim düşmənimizdir” – Orban

8 Fevral 2026, 14:5122
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Macarıstanın baş naziri Viktor Orban Ukraynanı düşmən adlandırıb.

Zefer.media xəbər verir ki, bu barədə “İndex” nəşri yazıb.

“Avropa İttifaqının (Aİ) bir əsgəri belə ruslarla razılaşmadan Ukrayna ərazisində peyda olarsa, bu, bizim müharibəyə girdiyimiz anlamına gələcək. Və Aİ rəhbərliyi ittifaqın yalnız yarısının müharibəyə qoşulması ilə kifayətlənməyəcək. Brüssel bütün üzv dövlətlərə bu müharibədə iştirak etmək üçün təzyiq edəcək.

Buna görə də Brüssel bizim əsas rəqibimizdir. Ukraynalıların Avropa İttifaqına daxil olmasına icazə verilməməlidir, macarlar isə ukraynalılarla hərbi və ya iqtisadi əməkdaşlıq istəməməlidirlər, çünki onlar bizi müharibəyə sürükləyəcəklər”, – deyə o, əlavə edib.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600