Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İsmail Özdemir Azərbaycan Prezidenti İlham Əliyevə dəstək paylaşımı edib.
Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, Özdemir Qarabağın 44 günlük müharibə nəticəsində işğaldan azad olunmasını vurğulayaraq Əliyevi “cəsur və qüdrətli lider” adlandırıb.
O, həmçinin Azərbaycanda son dövrlərdə baş verən hadisələrin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini zəiflədə bilməyəcəyini bildirib. Özdemir bu əlaqələrin Şuşa Bəyannaməsi ilə təsdiqləndiyini qeyd edib.
Qəmər Kazımzadə




